Beyin ölümü keçirən teatr sənətçisinin orqanları 4 nəfərə şəfa oldu
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Giresunda müalicə aldığı xəstəxanada beyin ölümü keçirən 59 yaşlı teatr sənətçisi Eray Aktaşın bağışladığı orqanlar 4 nəfərə ümid verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verib ki, yanvarın 16-da beyin qanaması keçirən Aktaş Giresun Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Müalicəsi fayda verməyən Aktaşa beyin ölümü diaqnozu qoyulub, ailəsi mərhumun orqanlarını bağışlamağa qərar verib.
Aktaşın iki böyrəyi, qaraciyəri və buynuz qişası Ərzurum və İstanbula göndərilib.
Eray Aktaşın həyat yoldaşı Bahar Aktaş açıqlamasında heç bir ailənin əziyyət çəkməsini istəmədiyinə görə bu qərara verdiyini bildirib.
"Eray da insanlara kömək etməyi sevirdi”- deyə Bahar Aktaş əlavə edib.
Bu mövzuda digər xəbərlər:3 ay əvvəl ata oldu! Beyin ölümü keçirən Yavuzun orqanları ümid oldu
28 Mart 2025 10:20
Əməliyyatda şok olay: Beyin ölümü keçirən xəstə ayıldı
30 İyul 2025 13:51
Beyin ölümü keçirmiş üç nəfərin orqanları başqasına transplantasiya olunub
05 Sentyabr 2025 15:19
Azərbaycanda neçə beyin ölümü keçirən şəxsin orqanı başqasına köçürülüb?
05 Sentyabr 2025 17:31
“Beyin ölümü baş vermiş bir şəxs var və ailəsi orqanları bağışlayıb” Video
11 Oktyabr 2025 09:00
Baxış sayı:111
Bu xəbər 19 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















