Icma.az
close
up
RU
3 cü hökumət istefaya göndərildi...

3 cü hökumət istefaya göndərildi...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AXC-də 4-cü hökumət necə formalaşmışdı?

Daim azad yaşamağa can atan Azərbaycan xalqı XX yüzillikdə iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edib. Bununla da Azərbaycan Şərqdə ilk demokratik respublikanın əsasını qoyub.

AXC-nin cəmi 23 ay mövcudluğu dönəmində bir neçə hökumət təşkil edilib. Tarixin bu günündə - 25 fevral 1919-cu ildə AXC parlamentində Xoyskinin rəhbərlik etdiyi üçüncü hökumət istefaya göndərillib və  4-cü hökumətin formalaşdırılmasına qərar verilib.

N.Yusifbəylinin rəhbərliyi ilə formalaşan yeni hökumət kabineti

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası (hökumət) AXC-nin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirirdi.

AXC-nin Tiflisdə Fətəli xan Xoyskinin rəhbərliyi ilə formalaşan birinci hökuməti Gəncədə fəaliyyət göstərib.  Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutub. AXC-nin birinci və ikinci hökuməti son dərəcə mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra mühüm qərarların qəbul edilməsinə nail olub. 1918-ci il dekabrın son ongünlüyündə təşkil olunan üçüncü hökumət də Fətəli xan Xoyskinin rəhbərliyi altında fəaliyyət göstərib. Lakin üçüncü hökumətin ömrü az olub. Belə ki, 1919-cu ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqidlərə məruz qalıb. Əsassız  tənqidlərlə barışmayan Fətəli xan Xoyski hökumətin istefası barədə parlamentə məktub göndərib. Parlamentin 1919-cu il fevralın 25-də keçirilmiş iclasında Xoyski hökumətinin istefası qəbul olunub və yeni hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş edilib.

Yeni - dördüncü hökumət kabinetinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli birinci hökumətdə maliyyə və xalq maarifi naziri vəzifəsini, 2-ci və 3-cü hökumətlərdə isə xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub. Xatırladaq ki, Xalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib. Xalq Maarif Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi.

Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət 1919-cu il aprelin 14-də elan olunub. N.Yusifbəyli yeni hökumətdə baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tuturdu.

Daxili və xarici siyasət prioritetləri

Aprelin 14-də parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və s. azadlıqları təmin etməkdir. Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı.

Denikin təhlükəsi ilə bağlı AXC hökuməti Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabineti 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olub. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət ünvanlayıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri