Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Azərbaycanlılara MÜJDƏ: Şengen vizası asanlaşır

Azərbaycanlılara MÜJDƏ: Şengen vizası asanlaşır

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsini istəyir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib. Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycan Avropa İttifaqı üzv ölkələri üçün asanlaşdırılmış viza rejimi tətbiqi edir, amma bütün məhdudiyyətlərin aradan qaldırılmasına hazırdırlar.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Avropa ölkələrinə səfər etmək üçün Şengen vizasını sadələşdirilmiş qaydada əldə edə bilər. Bunun üçün Azərbaycan ilə Avropa İttifaqı arasında 2014-cü ildən qüvvədə olan Viza Sadələşdirilməsi Sazişi mövcuddur.

Bu saziş viza almağı asanlaşdırır, lakin vizasız səyahət hüququ vermir. Litvanın dəstəyi müsbət diplomatik siqnaldır. Xüsusilə 2027-ci ildə Litvanın Aİ Şurasına sədrliyi bu məsələnin gündəliyə çıxarılması baxımından əhəmiyyətli ola bilər. Lakin nəticə üçün Aİ səviyyəsində razılıq və hüquqi prosedurlar lazımdır.

Əslində, Aİ-nin Azərbaycanla viza rejimini sadələşdirməməsinin bir neçə siyasi və praktiki səbəbi var. Məsələ təkcə Azərbaycanın iqtisadi vəziyyəti və ya diplomatik münasibətləri deyil. Aİ Azərbaycan vətəndaşlarının vizasız rejimdən sonra Avropada qanuni qalma müddətini aşması və əsassız sığınacaq müraciətlərinin artması ehtimalını qiymətləndirir.

Bəs rəsmi Bakının niyyətini dil gətirən Bayramovun bu çıxışı Aİ-nin mövqeyinin yumşalmasına səbəb ola bilərmi?

Musavat.com-a danışan deputat Azər Badamov bildirib ki, son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə müəyyən müsbət dinamika müşahidə olunur.

Deputatın fikrincə, bunu Avropa İttifaqının rəhbər şəxslərinin, o cümlədən Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinin, eləcə də digər yüksək səviyyəli rəsmilərin Azərbaycana səfərləri, aparılan siyasi dialoqun intensivləşməsi fonunda qiymətləndirmək mümkündür: “Digər tərəfdən, Azərbaycan Avropa İttifaqına üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu da Azərbaycanın Avropa üçün əhəmiyyətli siyasi və iqtisadi tərəfdaş olduğunu göstərir. Belə bir şəraitdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Çünki bu addım yalnız vətəndaşlarımızın Avropa ölkələrinə səfərlərini asanlaşdırmaqla məhdudlaşmır.

Eyni zamanda, iqtisadi, humanitar, təhsil və mədəni əlaqələrin genişlənməsinə, insanlar arasında təmasların artmasına və bütövlükdə Azərbaycan-Avropa münasibətlərinin daha da inkişafına xidmət edə bilər. Bu gün Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri və digər istiqamətlərdə mühüm tərəfdaşlardan biridir. Tərəfdaşlığın qarşılıqlı fayda prinsipi əsasında inkişafı isə insanlar arasında əlaqələrin də genişləndirilməsini zəruri edir. Yəni dövlətlər səviyyəsində mövcud olan əməkdaşlıq və etimad mühiti vətəndaşların qarşılıqlı səfərləri üçün də daha əlverişli şəraitin yaradılmasında öz əksini tapmalıdır. Bu baxımdan Ceyhun Bayramovun Azərbaycanın viza rejiminin sadələşdirilməsində maraqlı olduğunu və qarşılıqlı məhdudiyyətlərin aradan qaldırılmasına hazır olduğunu bəyan etməsi mühüm diplomatik mesajdır”.

Onun sözlərinə görə, əlbəttə, Avropa İttifaqının bu məsələdə qərarına miqrasiya, qanunsuz qalma və sığınacaq müraciətləri ilə bağlı narahatlıqlar da təsir göstərir: “Ona görə də burada qarşılıqlı etimadın gücləndirilməsi və praktiki mexanizmlər üzrə razılaşmaların əldə olunması vacibdir. Düşünürəm ki, bu istiqamətdə siyasi dialoqun davam etdirilməsi viza prosedurlarının sadələşdirilməsi ilə bağlı müzakirələrə yeni təkan verə və Azərbaycanla Avropa İttifaqı arasında yaxınlaşmanın daha geniş müstəviyə keçməsinə şərait yarada bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri