Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Kollec və peşə məktəbi tələbələrinə möhlət verilməlidirmi? AÇIQLAMA

Kollec və peşə məktəbi tələbələrinə möhlət verilməlidirmi? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mövcud qanunvericiliyə əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ ali təhsil və bir sıra digər təhsil pillələrində təhsil alan şəxslərə şamil edilsə də, peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri bu hüquqdan yararlana bilmirlər. Bu fərqli yanaşma cəmiyyətdə və təhsil mühitində müzakirələrə səbəb olur. Gələcəkdə peşə təhsili alanlara da möhlət hüququnun verilməsi məsələsi aktuallığını qoruyur.

Mövzu ilə bağlı deputatlar və təhsil eksperti Modern.az-a danışıblar.

Deputat Elnarə Akimova hesab edir ki, hərbi xidmətə çağırış zamanı möhlət hüququnun təhsil pillələri üzrə müəyyənləşdirilməsində mövcud yanaşmanın qorunması məqsədəuyğundur.

Onun sözlərinə görə, ali təhsil alan gənclərə möhlət hüququnun verilməsi onların təhsil prosesini yarımçıq qoymadan başa çatdırmasına və gələcək peşəkar fəaliyyətləri üçün zəruri akademik hazırlıq əldə etməsinə şərait yaradır.

“Peşə təhsili isə mahiyyət etibarilə fərqli təhsil istiqamətidir. Onun əsas məqsədi əmək bazarının ehtiyaclarına uyğun praktik bacarıqlara malik mütəxəssislər yetişdirmək, gənclərin daha qısa müddətdə əmək fəaliyyətinə başlamasını təmin etməkdir. Bu baxımdan peşə təhsilini ali təhsillə eyni hüquqi müstəvidə qiymətləndirmək və möhlət hüququnu bütün təhsil pillələrinə şamil etmək doğru yanaşma olmazdı.

Hərbi xidmət yalnız vətəndaşlıq borcu deyil, həm də dövlətçilik məsuliyyətidir. Gənclərin həm peşə sahibi olması, həm də bu məsuliyyəti vaxtında yerinə yetirməsi cəmiyyət üçün eyni dərəcədə əhəmiyyətlidir. Buna görə də düşünürəm ki, möhlət hüququnun ali təhsil alanlarla məhdudlaşdırılması daha məntiqli və əsaslandırılmış yanaşmadır. Əsas məsələ gənclərin təhsil almaq imkanları ilə vətəndaşlıq borcu arasında düzgün tarazlığın qorunmasıdır”, – deputat bildirib.

Deputat Elçin Mirzəbəyli isə hesab edir ki, peşə təhsili alanlara hərbi xidmətə çağırışdan möhlət hüququ veriləcəyi təqdirdə, eyni yanaşma orta ixtisas təhsili alanlara da şamil edilməlidir.

Onun fikrincə, təhsil pillələri arasında fərqli yanaşma bərabərlik prinsipinin pozulmasına səbəb ola bilər.

“Selektiv yanaşma bərabərlik prinsipini pozmaqla yanaşı, hüquqi dövlətin mahiyyətinə də ziddir. Əgər peşə təhsili alan şəxslərə möhlət hüququ verilərsə, kollec tələbələrinə münasibətdə də eyni yanaşma tətbiq olunmalıdır.

Azərbaycanda peşə təhsilinin müddəti təhsil səviyyəsindən, qəbul bazasından və ixtisasın xüsusiyyətlərindən asılı olaraq 6 aydan 4 ilədək dəyişir. Məsələn, texniki peşə təhsilinin müddəti 2 il, tam orta təhsillə birlikdə alındıqda isə 3 il təşkil edir. Əgər şəxs 14 yaşında 9-cu sinfi bitirib texniki peşə məktəbinə daxil olursa, təhsilini başa vurduğu zaman 17 yaşı olur. Ölkəmizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşı isə 18-dir. Bu o deməkdir ki, hətta yüksək texniki peşə ixtisasları üzrə 4 il təhsil alan şəxslərin mütləq əksəriyyəti təhsillərini başa vura bilirlər”, – deputat qeyd edib.

Elçin Mirzəbəylinin fikrincə, gələcəkdə peşə təhsili alanlara möhlət hüququnun verilməsi nəzərdə tutulacağı təqdirdə, bu imkan konkret şərtlərlə məhdudlaşdırılmalıdır.

“Bu hüquq yalnız ümumi orta və ya tam orta təhsili başa vurduqdan dərhal sonra peşə təhsili müəssisələrinə daxil olan şəxslərə şamil edilməlidir. Belə olduğu halda möhlət hüququ çox az sayda insanı əhatə edə bilər. Məsələn, peşə təhsili alan şəxsə ən çoxu 6 ay və ya 1 il möhlət verilməsinə ehtiyac yarana bilər. Əks təqdirdə, bu yanaşma neqativ hallara yol aça və peşə təhsilinin hərbi xidmətdən yayınmaq vasitəsinə çevrilməsinə səbəb ola bilər”, – o vurğulayıb.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, hazırkı qaydalara əsasən, həm orta ixtisas, həm də peşə təhsili müəssisələrində təhsil alanlar həqiqi hərbi xidmətə çağırış dövründə çağırışçı hesab olunur və onlara möhlət hüququ verilmir.

Ekspertin sözlərinə görə, 9-cu sinif bazasından peşə və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunan, lakin 18 yaşı tamam olmayan şəxslər yaş həddinə çatana qədər təhsillərini davam etdirə bilirlər. Ancaq 18 yaş tamam olduqdan sonra onlar da hərbi xidmətə çağırılırlar.

Elçin Əfəndi hesab edir ki, təhsil prosesində fasilələrin yaranmaması üçün peşə və orta ixtisas təhsili alanlara da möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılmalıdır.

“Bu pillələrdə təhsil alan şəxslərə də möhlət hüququ verilsin ki, onlar ixtisas hazırlıqlarını yarımçıq qoymadan başa vura bilsinlər. Çünki təcrübə göstərir ki, həqiqi hərbi xidmətə gedib qayıtdıqdan sonra bəzi gənclər tədris prosesinə yenidən adaptasiya olmaqda çətinlik çəkir və nəticədə onların akademik göstəriciləri aşağı düşür. Belə halların qarşısını almaq və təhsildə davamlılığı təmin etmək baxımından bu məsələyə gələcəkdə yenidən baxıla bilər”, – ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri