3 cü sinifdə oxuyan uşaqlar 8 9 da oxuyan uşaqlara bənzəyirlər Terapevtdən AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar uşaqlar arasında piylənmə və artıq çəki halları getdikcə daha geniş yayılmaqdadır.
Bəs bu halların əsas yaranma səbəbləri nələrdir, problemin qarşısı necə alına bilər?
Redaktor.az-a danışan həkim-terapevt Günay Lətifova bildirdi ki, günümüzdə uşaqlarda artıq çəki və piylənmə baş alıb gedir:
"Həyat tərzi və qida rasionu düzgün olmalıdır. Çox təəssüf ki, valideynlər kiçik yaşdan övladlarına davamlı qazlı içkilər, "fast-food"lar çox yedizdirirlər. Bu da hormonlara təsir göstərir. Yaşdan asılı olmayaraq piylənmə başlayır. Çox təəssüf ki, şəkərli diabet uşaqlarda mövcuddur. Uşaqların çox kiçik yaşdan şəkər tükətməsi bununla nəticələnir. 3-cü sinifdə oxuyan uşaqlar 8-9-da oxuyan uşaqlara bənzəyirlər. Niyə? Çünki karbohidrat tükətimi çoxdur. Uşaq da beləliklə kökəlir".
Terapevtin sözlərinə görə, belə halların qarşısını almaq üçün valdeynlər övladlarına sağlam qidaları yeməyi öyrətməlidirlər:
"Ayda, iki ayda bir dəfə "fast-food" qəbuluna icazə vermək olar. Kökəlmə varsa, mütləq endokrinoloqa müraciət etmək lazımdır. Piylənmə olduqda endokrinoloq müşahidəsi altında arıqlamaq tövsiyə olunur. Bu gün hər özünü arıqladıb qrup açanlara müraciət etmək lazım deyil. Həkim-dietoloq və endokrinoloqun paralel müdaxiləsi lazımdır", - deyə Günay Lətifova əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















