Icma.az
close
up
RU
3 cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzusunda paralel tədbir keçirilib

3 cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzusunda paralel tədbir keçirilib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan paralel tədbirlərdən biri də “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzusuna həsr olunub. 

Tədbirdə sürətlə transformasiya olunan məlumat mühiti, müasir texnologiyaların informasiya istehlakına təsiri, sosial şəbəkələrin artan rolu, gənc auditoriyanın fərqli məzmun gözləntiləri və bu dəyişikliklərə uyğun media yanaşmaları təhlil edilib.

Tədbirdə çıxış edən “Daily News Hungary” onlayn xəbər platforması və “Hello Magyar” onlayn jurnalının həmtəsisçisi və baş redaktoru Alpar Kato sürətlə dəyişən informasiya axınında gənclərin əsasən rəqəmsal platformalara üstünlük verdiyini bildirib. O qeyd edib ki, bu auditoriyaya çatmaq üçün media qurumları ənənəvi yanaşmalardan kənara çıxmalı, vizual məzmunun, qısa formatlı videoların və interaktiv təqdimat üsullarının imkanlarından daha geniş istifadə etməlidirlər.

“The New Forum” təşkilatının rəhbəri Charlie Day isə çıxışında vurğulayıb ki, müasir texnologiyalar təkcə informasiyanın yayım formasını deyil, həm də istehlak modelini dəyişib. Onun sözlərinə görə, sosial şəbəkələrin dominant olduğu dövrdə etibarlı, anlaşıqlı və cəlbedici məzmun təqdim etmək medianın əsas çağırışına çevrilib. Diqqətə çatdırılıb ki, yeni nəsil auditoriya üçün media yalnız informasiya mənbəyi deyil, həm də iştirak etdiyi və reaksiya verdiyi bir platformadır.

Qeyd edək ki, sözügedən paralel tədbir media sahəsində transformasiyanı nəzərdən keçirmək və gələcək nəsillə effektiv ünsiyyət strategiyalarını müəyyənləşdirmək baxımından xüsusi önəm daşıyır.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri