Icma.az
close
up
RU
Aİ nin “Tərəfdaşlıq Gündəliyi”: Kağızda sülhə dəstək, əslində isə...

Aİ nin “Tərəfdaşlıq Gündəliyi”: Kağızda sülhə dəstək, əslində isə...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni “Tərəfdaşlıq Gündəliyi” sənədi regiondakı siyasi dinamikanı yenidən kəskinləşdirən addımlardan biri kimi görünür.

Sənəddə istifadə olunan terminologiya, xüsusilə “Dağlıq Qarabağ” anlayışının yenidən dövriyyəyə gətirilməsi, faktiki olaraq artıq mövcud olmayan bir siyasi-coğrafi reallığın dirçəldilməsinə cəhd kimi qiymətləndirilir. Bu isə Bakı ilə İrəvan arasında son aylarda formalaşmağa başlayan nisbətən konstruktiv mühitə inamsızlıq toxumu səpir. Azərbaycan tərəfi bu addımın mahiyyət etibarilə sülh prosesini siyasi şərtlərlə yüklədiyini və gələcək anlaşmalar üçün psixoloji baryer yaratdığını bildirir.

Aİ sənədinin digər diqqətçəkən tərəfi “qaçqınlar və ya didərgin düşmüş ermənilər” ifadəsinin Azərbaycanın hərbi əməliyyatları ilə əlaqələndirilməsi oldu. Halbuki, 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirləri mülki infrastruktura və əhaliyə zərər vurmadan həyata keçirildi və əhalinin bölgədən çıxışı daha çox siyasi və təşkilati çağırışların nəticəsi oldu. Bu məqamın Avropanın rəsmi sənədində təhrif olunmuş şəkildə təqdim edilməsi həm siyasi məsuliyyətin yönləndirilməsi, həm də regiondakı aktorların qarşılıqlı münasibətlərinin yenidən polarizasiya olunmasına səbəb olur.

Sənəddəki vurğular təkcə keçmiş münaqişənin interpretasiyasına təsir etmir, həm də Ermənistanın daxili siyasi məqsədləri ilə sıx şəkildə əlaqələndirilir. İrəvanın son aylarda apardığı xətt göstərir ki, Qarabağ məsələsi artıq onun üçün ərazi məsələsi deyil, sosial və siyasi legitimlik alətidir. Avropadan gələn maliyyə dəstəyi, xüsusilə Qarabağdan köçmüş ermənilərin sosial problemlərinin həlli üçün ayrılan vəsait, Ermənistan hakimiyyəti üçün həm seçki bazasının qorunması, həm də müxalif qüvvələrin yenidən toparlanmasının qarşısının alınması baxımından mühüm rıçaq rolunu oynayır. Terminologiyanın sənədə salınması müəyyən mənada bu maliyyə axınının legitim əsasını möhkəmləndirməyə xidmət edir.

Lakin məsələ yalnız Ermənistan daxilindəki siyasi məqsədlərlə məhdudlaşmır. Aİ-nin bu terminologiyada təkid etməsi onun regionda yeni güc balansının formalaşmasına reaksiyasının göstəricisi kimi də dəyərləndirilə bilər. Vaşinqtonun son sülh təşəbbüsləri fonunda Brüsselin öz siyasi çəkisini artırmaq cəhdi daha açıq görünür. ABŞ-Aİ koordinasiyasının zəiflədiyi bir zamanda Ermənistanla imzalanan sənəd Avropanın Cənubi Qafqazda ani üstünlük yaratmaq üçün istifadə etdiyi siyasi alətə çevrilib. Bu isə regionda iki Qərb mərkəzi arasında rəqabəti, dolayısı ilə Ermənistanın müxtəlif siyasi istiqamətlər üzrə fərqli mesajlar verməsini şərtləndirir.

Azərbaycan tərəfi üçün əsas narahatlıq yaradan məqam budur ki, sənəd faktiki olaraq yeni müzakirə masasında çətinlik yaradır və tərəflər arasında yaranmış incə diplomatik körpüləri zəiflədir. Sülhün əldə olunması üçün mühüm olan etimad mühiti terminoloji manipulyasiyalarla asanlıqla zədələnir. Ermənistanın bu terminlərə görə məsuliyyəti təkbaşına daşımadığı aydındır. Geosiyasi çəkisini artırmaq istəyən Aİ də bu prosesdə aktiv rol oynayır. Nəticədə kağız üzərində sülhü dəstəkləyən sənəd, əslində, regionda psixoloji və siyasi gərginliyin yenidən canlanmasına xidmət edir.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri