Icma.az
close
up
RU
Ramin Musayev nağılları: Futbol yaddaşı silgi ilə pozulmur

Ramin Musayev nağılları: Futbol yaddaşı silgi ilə pozulmur

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu yaxınlarda Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevin həmkarımız Elşən Məmmədova – Sportnet.az saytına müsahibəsi qarşıma çıxdı. Müsahibəni üzümdə müstəsna təbəssümlə oxudum. Müəllimin xarakterinə nabələd olmadığım üçün aşağı-yuxarı nələr dediyi, deyəcəyi onsuz da bəndənizə hali idi. Müsahibədə PFL-ə rəhbərlik etdiyi illərdə gördüyü işlərin ölkə futbolu üçün çox böyük əhəmiyyət daşıdığını, liqamızın səviyyəsini yüksəklərə daşıdığını, qısıtlı büdcə ilə çox böyük işlər gördüyünü oxuduqca, üzümdəki sarkastik gülüş yerini səmimi gülüşlə əvəzlədi. Çünki elə bil, lətifə oxuyurdum. Ramin müəllim araya salıb, Qurban Qurbanovun büdcə azlığından "Neftçi"dən özünün getdiyini, yerinə Vlastimil Peterjelanın daha az maaşa gəldiyini də qeyd edib. Qurban Qurbanovun “Qarabağ”a baş məşqçi təyin olunmasına qədər bir çox məsələlərdə özünün mühüm rolu olduğunu bildirib.

Ötən günlərdə “Karvan”la oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanova Ramin müəllimin dedikləri barədə sual da ünvanlandı. Baş məşqçi isə cavabında “Yəqin müsahibədə nəsə yanlışlıq olub.. Petrjela daha az maaşa gəlib?” kimi ritorik sual verdi, ardıyca sadəcə “keçmiş keçmişdə qaldı” deyib, söhbəti uzatmadı. Bu dolayı yolla keçmiş PFL prezidentinin dediklərinin həmişəki kimi “xəyal” məhsulu olduğunu göstərdi.

Müsahibənin davamında Ramin Musayev həmin dövrdə AFFA-dan asılı olduqlarını, buna baxmayaraq ölkə futbolu üçün əllərindən gələni etdiklərini bildirir, mən, mən, mən, mən deyir, beləliklə bişmiş toyuğun belə gülməyi gəlir...

Ümumiyyətlə, yaradılış etibarilə insan oğlunda belə bir funksiya var. Gedirsən birinə bir yalan danışırsan, gəlirsən, həmin yalanı mənə də danışırsan, məhəllədə qonşuya danışırsan, işdə dostuna danışırsan, evdə oğluna danışırsan... Və nəhayətində... Həmin yalana artıq özün də inanmağa başlayırsan. Növbəti dəfə onu kiməsə danışanda, bu dəfə özün də onun həqiqət olduğuna inanırsan. Deyəsən, Ramin müəllim də bu halla üzləşib. Ona görə də gəlin, çox da uzaq olmayan keçmişə qayıdaraq, yaddaşımızı təzələyək.

Ramin Musayev, sizin dövrə qayıdırıq. Quruma rəhbərlik etdiyiniz illərdə bütün vacib oyunların hakim təyinatlarına müdaxilə edirdiniz. Hakimlər şəxsən sizin sifarişlərinizlə oyunlara təyinat alırdı. İndi utanmadan mavi ekranlara çıxıb şəffaflıqdan, ədalətdən danışan, milləti manipulyasiya edən, dövrünüzün ən biabırçı futbol hadisələrində şəxsən əli olan Xəqani Məmmədov da sizə ləbbeyk deyənlərdən biri idi. Birlikdə yaxşıca məsləhətləşib, təyin etdiyiniz hakimlərin əliylə ürəyiniz istəyən komandanı “vururdunuz”. İndi siz də, o Xəqani də olmusunuz ədalət carçısı. Sadəcə dəhşətdir.
Ramin Musayev, sizin prinsiplərinizdən biri də “az aşım, ağrımaz başım” ideyası idi. Dövrünüzdə ölkə çempionatını Bakı çempionatı etdiniz. Elitada “Qəbələ”dən başqa bir bölgə komandası çıxış etmədi. İdman prinsiplərinin anasını ağlar qoydunuz. Sonuncu olan komanda aşağı liqaya düşmürdü, aşağı liqadan yuxarıya komanda gəlmirdi, hamı eləcə futbol oynayıb, başını qatırdı. Bundan başqa, ölkə kubokunun da belini qırdınız. Premyer Liqadakı 8 komandanı başınıza yığıb, öz aralarında kubok təşkil edirdiniz. 2-ci Liqa onsuz da yerli-dibli yox idi, 1-ci Liqa komandalarını isə ölkə kubokuna buraxmırdınız, adını da qoyurdunuz ki, infrastruktur yoxdur, filan bəsməkan.. Həqiqətdə isə sizin futbolumuzun coğrafiyasını genişləndirmək, futbolu bölgələrə yaymaq kimi bir marağınız olmayıb. Siz sadəcə özünüzü yormaq, başınızı ağrıtmaq istəmirdiniz. 

Ramin Musayev, siz o vaxt qurumu ailə şirkəti kimi idarə edirdiniz. Bütün qohum-əqrəbanı da yığmışdınız ətrafınıza, PFL-də işləyən insanların demək olar yarıdan çoxu sizin qohumlarınız idi. “7 oğul istərəm”də gizirin (Hamlet Xanızadəyə rəhmət) sözü olmasın, aralarında biri də var Mirpaşa... Hə, Ramin müəllim, Mirpaşa xəyali obrazdır, sizin o yaxın qohumunuz isə həqiqi... Adını çəkmirəm, amma bilən biləcək söhbət kimdən gedir. Adam bütün transfer məsələlərində ön sıralarda idi, istədiyi futbolçunu aparırdı, gətirirdi, istədiyi məşqçini istədiyi kluba təyin edirdi. Bir sözlə at çapıb, qılınc oynadırdı. Bütün bunları necə edirdi? Kimə güvənirdi? Təbii ki, sizə...
Ramin Musayev, yeni müsahibələrinizdən birində bildirmisiniz ki, PFL-in prezidenti olduğunuz zaman sizin daha yaxşı işləməyinizə, istədiklərinizi icra etməyinizə AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov mane olub. Vallah, çox gülməlidir. Hadisələri gülməli edən sizin paradoksal sözlərinizdir. O vaxt vəzifələr yerində, işlər güllük-gülüstanlıq olanda hər fürsətdə dediyiniz bu cümləni sizə xatırlatmaq istəyirəm: "Elxan Məmmədov mənim balaca qardaşımdır". İndi də vaxtilə balaca qardaşım dediyiniz adamın ucbatından istədiyiniz kimi işləyə bilmədiyinizi deyirsiniz...

Ramin müəllim, indi təklif edirəm ki, gəlin bir də günümüz PFL-inə, gördüyü işlərə nəzər salaq. Sizdən sonra o qədər şey müsbətə doğru dəyişib ki, say-say bitməz, gərək bütün günü oturum monitorun qabağında. Həəə, əvvəlcə bir şeyi qeyd edim, zəruridir. İndiki PFL prezidenti Elxan Səmədovla, vitse-prezident Aslan Şahgəldiyevlə bir dəfə telefonda, real həyatda salam-məleykim olubsa, Allah mənə qənim olsun, işığa kor baxım. Yolda rastlaşsaq, vallah bir-birimizi tanımarıq. Ona görə ki, onlar da, mən də sadəcə başımızı aşağı salıb, işimizi görürük. Niyə belə and-aman edirəm? Çünki sizin dövrünüzdə toxunulmazlıq metodlarınızdan biri də, ziddinizə gedən insanları maddiyatla susdurmaq idi. Alış-verişlərə, şirinliklərə ayaq üstə ikiqat olan adamlarla çox işləmisiniz, birdən bizi də səhv salarsınız...

Xülasə.
Sizdən sonra ən əsası bölgələrimizə böyük futbol qayıtdı, rayonlarda kəndlərdə futbolsevərlər top gördü, oyun gördü, hakim gördü. 1-ci Liqanın səviyyəsi elə qalxdı ki, elitadan aşağı düşən komandalar itib-batıb, futbolun “başını buraxmadı”. “Qəbələ”lər, “Şamaxı”lar getdi, gəldi. “Karvan”lar, “İmişli”lər 1-ci Liqadan elitaya gəldi. “Şəfa”lar, “Zaqatala”lar, “Mingəçevir”lər də gələcək. Gözünüz aydın, elitada da komanda sayı 12 oldu. Sonra min bir əziyyətlə 2-ci Liqa yaradıldı. Hazırda aşağı liqa komandalarının stadionlarındakı bərbad infrastruktura rəğmən oyunları 3 kamera ilə təmin edən və qarşılaşmaları yutub platformasında bölgə azarkeşlərinə və ümumilikdə futbolsevərlərə canlı təqdim edən PFL komandası var. Adamlar Azərbaycanda, bölgələrdə futbolun inkişafı və yaşadılması üçün əməlli başlı səy göstərir, ortaya iş qoyur. Artıq idman mətbuatı PFL-ə ad da qoyub: Zəhmətkeşlər. Yağışın, qarın altında, dağda, dərədə əlində kamerayla konteynerlərin üstünə uzanıb, oyunu çəkib, canlı yayımlayan futbol fədailərinə başqa nə ad vermək olar? Qurumda informativlik, operativlik də artıb. Artıq jurnalistlər informasiyanı bir neçə mənbədən ala bilirlər. Ölkə futbolunun təbliğatı isə istər mediada, istər realda yüksək səviyyədədir.

Bu gün PFL-in büdcəsinin artması, müstəqilliyinin güclənməsi və strukturunun genişlənməsi, ictimaiyyət tərəfindən sevilməsi yoldaş Musayev, sizin yox, sizdən sonrakı rəhbərliyin atdığı planlı, vicdanlı, şəffaf addımların nəticəsidir... Bu gün bir oturun, düşünün, futbol ictimaiyyəti hazırkı PFL-i niyə sevdi, qəbul etdi, bağrına basdı, amma sizi yox? Ən başlıca səbəblərini mən deyim. Çünki onlar bizdən biri oldular – siz bizdən biri deyildiniz. Onlar ölkə futbolunun təəssübkeşliyini səmimi çəkdilər, təkəbbürdən uzaq oldular – siz çəkmədiniz, buna eqonuz imkan vermədi. Onlar biz dedilər, komanda dedilər – siz mən, mən, mən dediniz. Onlar problemləri gizlətmədilər, həll yolu axtardılar, həll etməyə çalışdılar – siz bütün problemləri xalçanın altına süpürüb, “belə də olmalıdı” fikrini beynimizə yeritdiniz. Gah çayxana söhbətləri etdiniz, gah kameralar önündə “Lex”ə “lox” dediniz... Bir sözlə qurumun, ölkə futbolunun reputasiyasını aşağı salan hər şey etdiniz...

Əlqərəz, tarix heç nəyi, heç kimi, görülən-görülməyən işləri unutmur. Xahiş edirəm, istirahət edin. Bu camaata da az nağıl danışın...

Sonda öyrəşdiyiniz feyk imzalardan birini qoymayacam. Klaviaturanın başında mən idim – apasport.az saytının baş redaktoru Rasim Sultanzadə.

“Qarabağ"ın növbəti matçının biletləri satışda ÇL: "Qarabağ" bu göstəriciyə görə dördüncüdür "Beynəlxalq Əlillər Günü"nə həsr edilmiş turnirin qalibi müəyyənləşib Günün oyunları bu kanallarda UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see209

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see192

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri