Icma.az
close
up
RU
“Rusiyanın növbəti hədəfi NATO dur“ Mark Rüttedən təcili həyəcan siqnalı

“Rusiyanın növbəti hədəfi NATO dur“ Mark Rüttedən təcili həyəcan siqnalı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Brüssel Vaşinqtonu Avropa demokratiyasına müdaxilə etməməyə çağırıb..."

NATO-nun baş katibi Mark Rütte Berlində bildirib ki, Rusiya alyansı növbəti hədəf kimi görür və Avropa "tarixi miqyaslı" müharibə riski ilə üz-üzədir.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

"Biz Rusiyanın növbəti hədəfiyik"

Rütte bir çox müttəfiqin təhlükənin təcili xarakterini anlamadığını vurğulayıb və müdafiə xərclərinin artırılmasının, istehsalın genişləndirilməsinin, Ukraynaya dəstəyin gücləndirilməsinin vacibliyini qeyd edib.

Rütte xəbərdarlıq edib ki, Ukrayna işğal olunsa, Rusiya NATO ilə daha uzun sərhəddə dayanacaq, bu isə alyansdan daha böyük müdafiə büdcəsi tələb edəcək. O həmçinin bildirib ki, Putini danışıqlar masasına gətirə biləcək yeganə lider Donald Tramp ola bilər, lakin Moskva üzərində təzyiq azaldılmamalıdır.

Fon der Lyayenin Trampa sərt mesajı

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Trampın "Avropanın tənəzzülü" barədə sözlərini tənqid edərək, ABŞ-ı Avropa demokratiyasına müdaxilədən çəkinməyə çağırıb. O, vurğulayıb ki, lideri seçən yalnız həmin ölkənin vətəndaşlarıdır və bu prosesə kənar təsir qəbuledilməzdir.

Fon der Lyayen ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında səslənən "sivilizasiyanın məhvi" kimi iddiaları da rədd edib. Son günlər Vaşinqtondan gələn sərt bəyanatlar, eləcə də Danimarka kəşfiyyatının ABŞ-ı ilk dəfə mümkün təhlükə kimi qiymətləndirməsi Avropa-ABŞ münasibətlərində gərginliyi artırıb.

Brüsseldən Ukraynaya növbəti maliyyə dəstəyi

Bu fonunda Aİ Kiyevə 2,3 milyard avro həcmində növbəti tranşı təsdiqləyib. Baş nazir Yuliya Sviridenkonun sözlərinə görə, Ukrayna "Ukraine Facility" proqramının 10 göstəricisindən 8-ni yerinə yetirib və dəstək davam edəcək. Vəsait Ukraynanın müharibə şəraitində maliyyə dayanıqlığını qorumaq üçündür.

Aİ-də əsas müzakirə mövzusu isə dondurulmuş Rusiya aktivlərinin Kiyevə reparasiya krediti kimi verilməsi imkanlarıdır. "Bloomberg" yazır ki, Aİ bu aktivlərin dondurulmasının uzadılmasını yekdillik deyil, çoxluq səsi ilə qəbul etmək variantını nəzərdən keçirir.

Məqsəd - Belçika və Macarıstanın mümkün vetosunu aşmaq və dekabr sammitində aktivlərin Ukraynaya verilməsi barədə qərar qəbul etməkdir. Aİ rəsmilərinə görə, dondurulmuş aktivlər olmadan Ukraynanın yaxın illər üçün təxminən 135 milyard avroluq ehtiyacını qarşılamaq çətin olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri