3 il işləyib hazırladı Çobanın qeyri adi ixtirası
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Avstriyalı fermer qoyunlarını qurd hücumlarından qorumaq üçün qeyri-adi üsula əl atıb.
"Yeni Sabah" xəbər verir ki, Avropanın bir çox bölgəsində canavarların sayının artması fermerləri yeni müdafiə yolları axtarmağa məcbur edib.
72 yaşlı avstriyalı Rudolf Şaubah 3 il ərzində apardığı iş nəticəsində qoyunlar üçün xüsusi qoruyucu zireh hazırlayıb. Zireh qoyunun bədənini əhatə edən tor materialdadır və üzərinə plastik tikanlar yerləşdirilib. Pepperoni pizza
Təxminən 2-3 kiloqram ağırlığında olan bu qoruyucu vasitə əsasən canavarların ən çox hücum etdiyi boyun nahiyəsini qoruyur. Şaubahın sözlərinə görə, zirehdəki tikanlar yırtıcı heyvana ciddi zərər vermədən ağrı hiss etdirəcək və gələcək hücumların qarşısını alacaq.
Avstriyalı fermer Avropa Patent Ofisindən patent də alıb. O bu sistemin həm qoyunları, həm də canavarları qorumağa kömək edəcəyini düşünür. Lakin layihə birmənalı qarşılanmayıb. Bəzi heyvan hüquqları müdafiəçiləri və mütəxəssislər zirehin qoyunların hərəkətini məhdudlaşdıra, onlarda narahatlıq yarada və heyvanla bağlı problemlərə səbəb ola biləcəyini bildiriblər.
Baxış sayı:174
Bu xəbər 23 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















