AzTV də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda yeni televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni tematik kanalların yaradılması ilə bağlı layihələr üzərində iş gedir.
Məlumata əsasən, AzTV Uşaq layihəsinin hazırlanmasına başlanılıb. Bu istiqamətdə komanda formalaşdırılır. Eyni zamanda, milli cizgi filmlərinin istehsalı üçün bəzi müəlliflərə ssenari təklifləri göndərilib. İnternetdən sifariş
Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, yeni televiziya layihələri sırasında "AzTV İrs" kanalının yaradılması da nəzərdə tutulur. "AzTV Xəbər" adı da yeni layihələrlə bağlı müzakirələrdə çəkilir. Həmçinin AzTV 1, AzTV 2 və "AzTV Sport" adları altında kanalların fəaliyyətə başlaması ilə bağlı konsepsiya mövcuddur.
Bununla yanaşı, "AzTV Şou" adlı əyləncə və şou kanalının loqosu da ictimaiyyətə təqdim edilib. Lakin bu layihənin yaradılması ilə bağlı rəsmi təsdiq yoxdur.
Yeni kanallardan birinin rəhbərliyinin Həmid Əsədzadəyə həvalə edilməsi də müzakirə olunur. Onun hansı kanalın rəhbəri olacağı dəqiqləşdirilməyib.
Qeyd edək ki, 2026-cı ilin avqustunda mediada AzTV-nin yeni tematik kanallar yaratmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. Həmin konsepsiyaya əsasən, kanalların informasiya, ictimai-siyasi, əyləncə, idman, uşaq və milli-mədəni irs istiqamətlərində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















