Icma.az
close
up
RU
3 il Qarabağda, 1 il İstanbulda təhsil alacaqlar İkili diplom proqramı

3 il Qarabağda, 1 il İstanbulda təhsil alacaqlar İkili diplom proqramı

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə müəyyən edilmiş ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır və dövlət hesabına maliyyələşdirilir. 

İkili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son bir il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.

İkili diplom proqramı çərçivəsində İTÜ-nün professor-müəllim heyəti tədris prosesinə cəlb olunacaq, tələbələr Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təhsil alacaq, istehsalat təcrübəsini isə Türkiyədə keçəcəklər. Eyni zamanda Türkiyədə yay məktəbində də iştirak imkanı qazanacaqlar. Təhsil müddətində tələbələr nəzəri biliklərlə yanaşı, real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik həllərinin hazırlanması sahələrində peşəkar bacarıqlar qazanacaqlar.

Müasir laboratoriyalar, sənaye müəssisələri ilə əməkdaşlıq və praktik yönümlü tədris sayəsində tələbələr əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə edə, ölkənin infrastrukturunun, sənayesinin və texnoloji inkişafının dəstəklənməsinə, eləcə də innovativ və dayanıqlı həllərin hazırlanmasına töhfə verməyə hazır mütəxəssis kimi formalaşacaqlar. 

Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri