Qırıcılar havaya qaldırıldı: Sərnişin təyyarəsində həyəcan
Icma.az bildirir, Bakupost portalına istinadən.
Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) növbətçi “MiQ-29” qırıcı təyyarələri partlayış təhlükəsi barədə məlumat almış 2 sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət edib.
"Bakupost" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Üçüncü “Qraf İqnatiyevo” aviabazasının “MiQ-29” qırıcı təyyarələri göyərtəsində partlayıcı qurğuların olması barədə məlumat daxil olan sərnişin təyyarələrini Bolqarıstanın hava məkanında müşayiət ediblər. HHQ ekipajları hava məkanına nəzarət və onun mühafizəsi üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq bütün nəzərdə tutulmuş prosedurları uğurla yerinə yetiriblər”, – nazirliyin məlumatında bildirilib.
Təyyarələr London və Brüsseldən yola düşmüşdü. Sofiyadakı Vasil Levski adına hava limanında eniş etdikdən sonra hər iki təyyarə sərhəd polisi əməkdaşları tərəfindən yoxlanılıb və şübhəli əşyalar aşkarlanmayıb.
Qeyd olunub ki, təyyarələrin müşayiət olunması NATO-nun hava məkanının mühafizəsi üzrə “Air Policing” missiyası çərçivəsində həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Noyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















