Icma.az
close
up
RU
3 iyul Beynəlxalq Polietilen Paketsiz Günüdür

3 iyul Beynəlxalq Polietilen Paketsiz Günüdür

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elman Cəfərli: “Fikrimcə, Nazirlər Kabinetini 2021-ci il 1 yanvar qərarı təqdir olunmalıdır”

Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin – plastik paketlərin yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik paketin insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.

Ölkəmizdə mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbaların ayrıca məhsul növü kimi ödənişli olması ilə əlaqədar 15 fevral 2023-cü il tarixindən etibarən polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim edilir.

Mövzu ilə bağlı qəzetimizə danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, bu günün qeyd olunması polietilen torbaların, plastik qabların zərərini anlatmaq, insanları ətraf mühitin qorunması işinə təşviq etmək məqsədi daşıyır. Bu çağırış ona yönəlib ki, insanlar təhlükəni dərk etsin və gələcəyə təmiz ətraf mühit, yaşana bilən bir planet buraxaq. Plastik qablardan istifadə son 30 ildə daha çox artıb.
1960-cı illərə qədər bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faiz idi. İndi isə bu rəqəm 12 faizdən çoxdur. Polietilen torbalar, plastikdən düzəldilmiş qablar, stəkanlar və digər məşiət əşyaları insanları işini asanlaşdırır: “Bazarlıq edərkən istehlakçılar daha çox plastik torbalara üstünlük verirlər. Çünki plastik torbaları market özü təklif edir və onları daşımaq asandır. Plastik boşqablar, stəkanlar, çəngəllər isə daha çox piknik yerlərində, təbiət qoynunda istirahət məkanlarında istifadə olunur. İş yerlərində də, ayaqüstü nahar zamanı da plastik qablar köməyə gəlir. Lakin insanlar bir şeyi unudur ki, polietilen torbalar, plastik qablar təbiətdə yüzillər ərzində çürümür.
Polietilen torbalar təkcə ekosistemə, mikroorqanizmlərə zərər vurmur, eyni zamanda insanlar üçün də təhlükəlidir. Plastik paketlərin tərkibi qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. İnsan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olan polietilen qabların üzərinə toplaşan bakteriyalar onda daşınan, saxlanan ərzaqların keyfiyyətinə də təsir edir. Bu qablarda müxtəlif göbələklərin inkişafı üçün əlverişli mühit yaranır. Statistik məlumatlara görə, hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur”.
O, qeyd edib ki, bir sıra Avropa ölkələri artıq polietilen torbalardan, plastik qablardan istifadəni məhdudlaşdırıb. Azərbaycan da qabaqcıl təcrübədən istifadə etməyə başlayıb.
2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması qadağandır. Ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi müştərilərə satılır. Supermarketlərdə, mağazalarda iriölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçikləri isə 3 qəpiyə təklif edilir. Bəzi tənqidçilər hesab edir ki, polietilen torbaların satılması ondan istifadəni azaltmayıb, əksinə işbazları varlandırıb, onlar üçün əlavə qazanc qapısı açıb: “Fikrimcə, Nazirlər Kabinetini 2021-ci il 1 yanvar qərarı təqdir olunmalıdır. Bu qərar politetilen torbalardan istifadəni əhəmiyyətli dərəcədə azaldıb. Mütəxəssislər hesab edir ki, ölkəmizdə alış-veriş zamanı polietilen torbalarının ödənişli olmasına dair qərarın tətbiqindən sonrakı həmin torbalardan istifadə xeyli azalıb. Başqa ölkələrin təcrübəsində bu var və azalma müşahidə edilir. Bəzi ölkələrdə politetilen torbalardan istifadə hətta 8- faizə qədər azalıb. Əslində polietilen torbaların, plastik qabların istehsalı tamamilə məhdudlaşdırılsa yaxşı olar. Doğrudur, bu məmulatlar xırda sexlərdə, istehsal müəssisələrində hazırlanıb. Biz tullantıların təkrar emalını təşviq edirik. Çünki bu həm məişət tullantılarını idarəolunmasını asanlaşdırır, ətraf mühitin çirklənməsinin qarşısını alır, həm də yeni iş yerlərinin açılması deməkdir. Amma polietilen torbaların, plastik qabların təbiətə yaxın və uzunmüddətli zərərini nəzərə alaraq onların istehsalının tamamilə minimuma endirilməsi yaxşı olardı. İnsanlar 40-50 il əvvəl bazarlığa gedəndə həsir, parça çantalardan, kağız torbalardan istifadə edirdilər. Yeri gəlmişkən, həmin materiallardan hazırlanmış torbalarda ərzağa, meyvə-tərəvəzə heç bir zərər gəlmir, keyfiyyəti olduğu kimi qalırdı. Xüsusən tez əzilən meyvələr: üzüm, çiyələk, gilas, albalı, şaftalı həsir çantalarda daşınır. 50 il qabaq demək olar ki, hər evdə həsir çantalar var idi. Əksər insanlar dükana-bazara gedəndə həsir, parça çantaları özləri ilə daşıyır və içərisini dolduraraq geri dönürdülər. O böyük çantaların daşınması kimdəsə mənfi emosiya, aşağılıq kompleksi yaratmırdı. Çox təəssüf ki, insanlar indi daha asana qaçmağı seçir, ekoloji çantalardansa plastik qablara, sellofan torbalara üstünlük verirlər”.
E.Cəfərli deyib ki, yaxşı olar ki, insanlarda ekoloji şüurun formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlər təşkil olunsun. Ekoloji tərbiyə xüsusilə erkən yaşlardan başlansa yaxşı olar: “Biz ekoloji tərbiyəyə uşaq bağçasından başlamalıyıq. Özü də bu işlə təkcə media, ictimai təşkilatlar məşğul olmalı deyil. Hamı bu işə səfərbər olmalıdır. Yaşıl nəqliyyatı da, ekoloji çantaları da məşhur sənətçilər, aparıcılar, müğənnilər populyarlaşdırmalıdır. İnkişaf etmiş Qərb ölkələrində ekoloji aksiyaların önündə Hollivud ulduzları, məşhur futbolçular gedir. Onlar ağacəkmə aksiyalarına çıxır, qollarını çırmalayıb xüsusi geyimlərdə təmizlik tədbirlərində iştirak edirlər. Siz görmüsüz, hansısa azərbaycanlı xalq artisti, xalq rəssamı, xalq yazıçısı ətraf mühitin məişət tullantılarından təmizlənməsi aksiyasında iştirak etsin? Mümkün deyil. Bizimkilər bunu özlərinı sığışdırmazlar. Halbuki bu cür aksiyalarda tanınmışlar başda olmalıdır. Çünki ən ən yaxşı tərbiyə nümunədir. Ünlülər nümunə göstərsələr, sadə insanlar da bu aksiyalara qoşular.
İnsanların şüurunda qalıcı təsir buraxan vasitələrdən, alətlərdən istifadə olunmalıdır. Məsələn, müharibə, soyqırım, terror, mina təhlükəsi, uşaq ölümləri ilə bağlı təsirli aksiyalar, flaş-moblar təşkil edilir. Bu cür tədbirlər insanlara mənəvi, psixoloji təsir. Təcrübə göstərir ki, bu cür aksiyalar çəkindirici alətlərdən, cərimələrdən daha təsirli olur.
Məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər keçirmək, sərgilər təşkil etmək, çağdaş informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq video-materiallar, foto-slaydlar hazırlamaq olar. İnsanların gur olduğu yerlərdə polietilen torbaların, plastik qabların insana, canlılara, təbiətə vurduğu zərərin fəsadlarının əks etdirən flaş-moblar, aksiyalar təşkil etməkdə fayda var. Yaxşı olar ki, imkanlı fondlar, ictimai təşkilatlar, iş adamları bir aksiya təşkil etsin, ekoloji torbalar paylansın.
Həsir, parça çantalar, kağız torbaların istehsalı artmalıdır. Maarifləndirici aksiyalar qısa müddətdə təsirini göstərəcək, effekt verəcək, insanlarda alış-veriş mədəniyyəti formalaşacaq. Hesab edirəm ki, maarifləndirici tədbirlər azdır, hətta polietilen torbalara, plastik qablara görə müəyyən çəkindirici alətlərdən də istifadə etmək olar.
Xatırladım ki, bir sıra inkişaf etmiş ölkələrdə polietilen torbalardan istifadə məhdudlaşdırılıb. İngiltərə, Yeni Zelandiya, ABŞ-da ərzaq məhsuları kağız torbalarda daşınır. Tayvan, Keniya, Uqanda, Fransa, Latviyada polietilen paket ümumiyyətlə yasaqlanıb. Qonşu Gürcüstanda da artıq plastik qablardan, sellafon torbalardan istifadə edilmir.
Biz bu yaxınlarda təbiətsevər dostlarla Abşeron yarımadasının uzaq cənub şərq qurtaracağında yerləşən Şah Dili adlanan əraziyə getmişdik. Qeyd edim ki, ərazi inzibati cəhətdən Bakı şəhəri Zirə qəsəbəsi ərazisinə daxildir. Ərazidə, bütünlüklə Abşeron Milli Parkında gördüklərimizdən zövq aldıq. Ətraf tər-təmiz, neçə kilometr məsafə qət edirsən, ətrafda bir dənən də olsun polietilen torba, plastik tullantıya rast gəlmək mümkün deyil. Halbuki ərazi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Deməli, bu cür gözəlliyi istənilən yerdə yaratmaq olar.
Sədri olduğum “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin də üzv olduğu “Yaşıl Azərbaycana Doğru" Vətəndaş Cəmiyyəti Koalisiyası yaxın vaxtlarda “Polietilen torbalara yox” adlı aksiya keçirməyi palnlaşdırır. Məqsədimiz bu torbaların insan orqanizminə, canlı aləmə zərər vurduğunu ablatmaq, ekoloji çantaları təşviq etməkdir. Aksiyada daha təsirli vasitələrdən istifadə etməyi düşünürük”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 İyul 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri