Icma.az
close
up
RU
İlk demokratik seçki ənənəsi: 3 oktyabr 1993 cü il TƏHLİL

İlk demokratik seçki ənənəsi: 3 oktyabr 1993 cü il TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.

Ulu Öndər Heydər Əliyev

Hər bir xalqın özünəməxsus inkişaf yolu, zəngin mədəni irsi, dünyanın mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə töhfələr verə biləcək yolu, fəaliyyəti olur. Təbii ki, bu yolun və inkişafın müəyyənləşdirilməsini unukal düşüncəyə, fenomen bilik və bacarığa malik liderlərin rəhbərliyi ilə həyata keçirilir. O zəkaya, bacarığa malik lideri olmayan xalq ciddi problemlər, xaos və anarxiya ilə üzləşməli olur. Reallıq ondan ibarətdir ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı onu arxasınca apara biləcək liderə malik olmadığından həlli çətin olan problemlərlə qarşılaşmalı olmuşdur. O dövrdə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, xarici siyasi kursunu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi. Bu çatışmazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyətin idarəolunmaz durumda olmasından istifadə edən erməni terror maşını ölkəmizin müxtəlif ərazilərin də terror aktları həyata keçirir və bununla da xalqı qorxu altında saxlamağa çalışırdılar. Eyni zamanda erməni hərbi birləşmələri ardıcıl olaraq tarixi torpaqlarımızı işğal edir, evləri yandırır, qarət edir insanları yurd –yuvalarından didərgin salırdılar. Azərbaycan xalqı problemlərin aradan qaldırılması üçün AXC- Müsavat iqtidarına çağırışlarla müraciətlər etsələrdə, bu çağırışlara, etirazlara əhəmiyyət verilmirdi. Əksinə AXC-Müsavat iqtidarı narazı xalqı zor gücünə susdurmağa çalışırdılar. Hadisələrin kulminasiya nöqtəsi 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr oldu.

Xilaskarlıq missiyasını öz üzərinə götürən LİDER

O qarışıq, çətin dövrdə ölkəmizdə vətəndaş müharibəsi qaçılmaz idi. Belə ağır, çətin dövr də aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə ölkə ziyalıları 1992-ci ilin oktyabrın 16-da xalqın tribunası rolunda çıxış edən “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. Dahi Öndərimiz Heydər Əliyev 21 oktyabr 1992-ci il də ziyalılara cavab məktubunda xalqın problemlərini, üzləşdiyi faciələri gördüyünü və xalqla bir yerdə həmin problemləri aradan qaldırmağa hazır olduğunu bəyan etdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Beləliklə xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu.

Müstəqil Azərbaycanda baş tutan ilk azad və demokratik seçki

Birmənalı şəkil də qeyd etmək olar ki, bu gün ki, azad və demokratik, xalqın iradəsinə əsaslanan ilk seçki məhz 3 oktyabr 1993-cü ildən qoyulub. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Prezident seçkilərində Dahi Öndərimiz Heydər Əliyev 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Ulu Öndərimiz Heydər Əliyevin seçkilərdə yüksək faizlə səs qazanaraq qələbə qazanmasını şərtləndirən əsas amil xalqımızın Ona olan sevgisi, möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan irəli gəlirdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Dahi Öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyi təmin olundu

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrın 3-də keçirlən prezident seçkilərində qədirbilən, müdirik Azərbaycan xalqının mütləq əsksəriyyətinin səsini qazanıb, Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider. Ümummilli Lider Heydər Əliyev əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün ilk öncə ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.

Prezident İlham Əliyev “ata” vəsiyyətini böyük Sərkərdəlik məharəti ilə yerinə yetirdi

Ulu Öndər Heydər Əliyev iqsadi inkişafı təmin etməklə yanaşı digər sahələr də də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nailı olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaldı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu gün ki, güclü və qüdrətli Azərbaycanın mövcudluğuna görə Dahi Öndərimiz Heydərə Əliyevə borcluyuq. Onun müdirik, uzaqgörən siyasəti ilə Azərbaycan quruldu, inkiş.af etdi, azad və demokratik dünyanın bir parçasına çevrildi. Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Qürurluyuq, həm də ona görə ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev “ata” vəsiyyətini böyük Sərkərdəlik məharəti ilə yerinə yetirməklə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsinə nail oldu. Bu gün tam şəkil də ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. İşğaldan azad edilən ərazilərmizin hər yerində üçrəngli bayrağımız dalğalanır. Aparılan geniş miqyaslı quruculuq, abadlıq, bərpa və tikinti işlərindən sonra insanlar həsrətində olduqları doğma yurd-yuvalarına qayıdırlar. Bunla da işğaldan azad edilən ərazilərə yeni nəfəs, yeni həyat bəxş edirlər.

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri