Icma.az
close
up
RU
3 qəpiklik sikkənin hazırlanması 2530 qəpiyə başa gəlir

3 qəpiklik sikkənin hazırlanması 2530 qəpiyə başa gəlir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkədə tədavülə yeni dizaynlı 3 qəpiklik sikkə buraxılıb. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib, ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gəlib. 

Ölkə.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, qəpiklərin gətirilmə xərclərindən söz açıb:

“Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub. Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub. 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir. 

Onu da deyim ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar, 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar. 
İstənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi, təqribən, 25-30 qəpiyə başa gəlir”. 

Ekspert  maya dəyərini nəzərə alaraq  3 qəpiklərin yenilənməsinin sərfəli olmadığını bildirib:

“Anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır. Amma, 1, 3, 5 qəpikliklərin dövriyyədə olması kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır?!  Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır axı?!”

Ölkə.Az
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri