Icma.az
close
up
RU
Trampın adamının şok səsyazısı yayıldı NƏ BAŞ VERİR?

Trampın adamının şok səsyazısı yayıldı NƏ BAŞ VERİR?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya rəsmiləri ilə telefon danışığının mətni mediaya ötürülüb.

Modern.az xəbər verir ki, telefon danışıqlarının detallarını "Bloomberg" agentliyi dərc edib.

Telefon danışıqları Uitkof ilə Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov, həmçinin Kreml iqtisadi müşaviri Kirill Dmitriyev arasında aparılıb.

14 oktyabr tarixli ilk telefon danışığında Uitkof Uşakova Putinlə Tramp arasında telefon danışığının dərhal təşkil edilməsini məsləhət görür və bunun üçün konkret “dil və davranış strategiyası” təqdim edir. O qeyd edib ki, Putin Trampı Qəzza sülh planına görə təbrik etməli, Trampın “sülh adamı” olduğunu vurğulamalıdır. ABŞ-la birlikdə Ukrayna üzrə eyni formatda “20 maddəlik sülh planı” hazırlaya biləcəklərinə işarə etməlidir.

“Biz Qəzza üçün 20 maddəlik Tramp planı hazırladıq. Bəlkə Ukrayna üçün də eyni şeyi edək”, - Uitkof bildirib.

“Mən Trampa demişəm ki, Rusiya həmişə sülh istəyib. Mən buna inanıram”, - o əlavə edib.

Xüsusi nümayəndə Zelenskinin 17 oktyabrda Ağ Evə səfərindən əvvəl Putinlə Trampın danışığının təşkil edilməsini “çox vacib” adlandırır: “Zelenski cümə günü Ağ Evə gəlir. Mən də o görüşdə olacağam. Amma əgər mümkündürsə, sizin boss (Putin) Trampa bu görüşdən əvvəl zəng etsin.”

İki gün sonra Putin Trampa zəng edir. Danışıq 2,5 saat davam edir və Tramp bunu “çox məhsuldar” adlandırır. Ardınca o, Budapeştdə Putinlə görüş planını açıqlayır.

"Bloomberg"in analizinədə görə, Uitkof-Uşakov danışığı sonradan formalaşan və ABŞ-ın Ukraynaya qəbul etdirmək istədiyi 28 maddəlik sülh planının başlanğıc nöqtəsi olub. Kremlin də bu plana öz düzəlişlərini göndərdiyi bildirilir.

Putin bu ayın əvvəlində 28 maddəlik təklifin “danışıqlar üçün əsas ola biləcəyini” bildirib.

29 oktyabrda Uşakov və Dmitriyev arasında baş tutan ikinci telefon danışığı Moskvanın ABŞ-la koordinasiyanı davam etdirdiyini təsdiqləyir.

Bu dəfə Kreml rəsmiləri Vaşinqtona hansı şərtləri maksimum şəkildə təqdim etməli olduqlarını müzakirə edir:

Uşakov:

“Maksimum istəmək lazımdır. Yoxsa bizdən nə keçirməyin mənası var?”

Dmitriyev:

“Biz kağızı öz mövqeyimizə uyğun hazırlayırıq. Mən onu qeyri-rəsmi ötürəcəyəm. Amerikalılar tam versiyanı qəbul etməsələr də, çox yaxın sənəd hazırlayacaqlar.”

Uşakov Vaşinqtonun planı sonradan “düzgün təqdim etməməsindən” narahat olduğunu deyir. Dmitriyev isə onu arxayın salır: “Mən dediklərinizi sözbəsöz ötürəcəyəm.”

Sızmalar yayılarkən Ağ Evdən ilk reaksiya gəlib. Prezident Trampın kommunikasiya direktoru Stiven Çunq deyib: “Bu hekayə yalnız bir həqiqəti sübut edir: Uitkof sülh üçün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə hər gün danışır. Prezident onu buna görə təyin edib.”

Kreml isə "Bloomberg"in sorğusuna cavab verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri