Icma.az
close
up
RU
Azərbaycanın səhiyyə naziri XI Türk Tibb Dünyası Qurultayında çıxış edib FOTOLAR

Azərbaycanın səhiyyə naziri XI Türk Tibb Dünyası Qurultayında çıxış edib FOTOLAR

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi və Türkiyənin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə XI Türk Tibb Dünyası Qurultayı keçirilib.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, qurultayda 19 ölkənin səhiyyə nazirləri və onların nümayəndə heyətləri ilə yanaşı, səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.

Açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu tədbir iştirakçılarını salamlayaraq, XI Türk Tibb Dünyası Qurultayının əsas mövzusunun “İnnovativ Səhiyyə” olduğunu bildirib: “Builki Qurultay Türk dünyası ailəsindən olan alimlərin töhfələri ilə zənginləşdiriləcək və "İnnovativ Səhiyyə" modeli çərçivəsində yerli səhiyyə texnologiyalarının inkişafı məsələlərinə toxunulacaq. Eyni zamanda, Qurultay zamanı əczaçılıq, peyvəndlər, tibbi cihazlar və süni intellekt kimi səhiyyə məhsulları sahələrində dövlət-özəl tərəfdaşlıqlarının gücləndirilməsi ilə bağlı mühüm müzakirələr aparılacaq”.

Tədbirdə çıxış edən dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancar Türk Dövlətlərinin səhiyyə sahəsində böyük potensialını qeyd edərək, birgə elmi araşdırılmaların aparılması təklifini irəli sürüb: “Mənim üçün ən önəmli amillərdən biri Türk alimlərinin müasir elmdə ən ön sıralarda yer almasıdır".

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında XI Türk Tibb Dünyası Qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada iştirak edən qardaş ölkələrin hər birinin qlobal səhiyyə landşaftının təkmilləşdirilməsində özünəməxsus missiyası var. Bu gün, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində ölkəmiz hərtərəfli inkişaf edir. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır”.
Qurultayın əhəmiyyətini vurğulayan Teymur Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma türksoylu peşəkarlarla əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.
Nazirin sözlərinə görə, hazırda dünya ölkələri əhalinin sağlamlığı və rifahının qorunmasında çoxsaylı çağırışlarla üzləşir: “İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial dəyərlərin dəyişməsi və vətəndaş gözləntilərinin yüksəlməsi ilə xarakterizə olunan bir dövrdə tibbi qayğıya ənənəvi yanaşmalar kifayət etmir. Müasir dövrdə vətəndaşlar sağlamlıq qərarlarını sorqulamağa və təsir etməyə çalışan, sağlamlıq nəticələrinin birgə yaradıcısı olan səhiyyə sisteminin aktiv iştirakçılarıdır”.

Teymur Musayev qeyd edib ki, dezinformasiya ilə mübarizə milli səhiyyə təhlükəsizliyinin əsas komponentlərindən birinə çevrilməlidir: “Texnologiyaya əsaslanan, pasiyent mərkəzli, emosional və elmi cəhətdən yüksək hazırlıqlı tibb işçisinin olması zamanın tələbidir”.

“Türk dünyasının vahid tibb elmi məkanının yaradılması, elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatını birgə fəaliyyətimizin aparıcı istiqamətləri kimi görürük. Fürsətdən istifadə edərək, donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant vahid informasiya sisteminin yaradılmasında göstərdiyi dəstəyə görə qardaş ölkələrin səhiyyə nazirlərinə təşəkkürümü bildirmək istərdim”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində Teymur Musayev öz həmkarları - Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek və Somalinin səhiyyə naziri Ali Haji Adam Abobakar ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Tədbirin mahiyyətini qeyd edən nazirlər bildiriblər ki, belə qurultayların keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.

XI Türk Tibb Dünyası Qurultayı çərçivəsində hüceyrə və gen terapiyaları, iqlim dəyişikliyi və fəlakətlər zamani uşaq və qadınların sağlamlığı, ənənəvi təbabət və elmi sübutlara əsaslanan təbabət arasında körpü, sosial media və uşaqların sağlamlığı kimi mövzuları əhatə edən panel sessiyalar keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri