Icma.az
close
up
RU
“30 cu illərdə kim hansı dili bilirdisə, o dilin mənsub olduğu ölkənin casusu kimi həbs edilirdi...”

“30 cu illərdə kim hansı dili bilirdisə, o dilin mənsub olduğu ölkənin casusu kimi həbs edilirdi...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bir qrup adam var, onlar istədikləri kimi dərslik yazıblar. Bir ildən çoxdur bizim 7-8-ci siniflərdən ötrü nəzəriyyəsini verdiyimiz dərsliklər çap olunmur. Çünki dediyim həmin qruplaşmış adamlar hər il bir dərslik çap edib pul qazanmağa öyrəniblər. Yeni adamı isə öz dəstələrinə buraxmaq istəmirlər...”

“Müəllimi görəndə hörmət əlaməti olaraq papaq çıxarırdılar, qarşısında baş əyirdilər. Tacir öz qızını müəllimə verəndə özünü xoşbəxt sanırdı. Əbəs deyil, müəllimi orduya aparmırdılar. Çünki tərbiyəçini dəyişmək olmaz. Tərbiyəçini dəyişəndə xasiyyət də dəyişir. İndiki müəllimlər belə də... İndi bizim maarifdə qadınlaşma gedir...”

Bu gün – fevralın 21-də Azərbaycanın nadir şəxsiyyət-ziyalılarından olan məşhur şərqçünas və tarixçi alim  Ziya Bünyadovun bu günədək müəmmallarla dolu qalan xaincəsinə qətlindən 28 il ötdü. 

Moderator.az rəhmətlik milli qeyrətli akademikin xatirəsini anmaq üçün mərhum tanınmış publisist və jurnalist Azər Abdullanın 1990-cı ildə - hələ Azərbaycanın SSRİ imperiyasının tərkibində olduğu bir dövrdə ondan götürdüyü müsahibəsindən bu gün üçün də aktual və ibrətamiz məqamlarla dolu  bir parçanı dəyərli oxucuların nəzərinə çatdırır:

Azər Abdulla:

-Ziya müəllim, tarixçi olmaq istəyən orat məktəb şagirdinə  bir müəllim, bir tarixçi kimi hansı məsləhətlər verər, onu necə istiqamətləndirərdiniz? Hansı dilləri öyrənməyi ona məsləhət görərdiniz?

Ziya Bünyadov:

-Bizdə SSRİ tarixi deyilən fənn var, orda ümumi Rusiya tarixinə çox yer verilib. Azərbaycan tarixi ayrıca bir fənn kimi tədris olunmalıdır, onun saatı məhdudlaşdırılmamalıdır. Xalq öz tarixini bilməlidir. Tariximiz var, ancaq indiyəcən dərsliklərimiz yoxdur. Bir qrup adam var, onlar istədikləri kimi dərslik yazırlar. Bir ildən çoxdur bizim 7-8-ci siniflərdən ötrü nəzəriyyəsini verdiyimiz dərsliklər çap olunmur. Çünki dediyim həmin qruplaşmış adamlar hər il bir dərslik çap edib pul qazanmağa öyrəniblər. Yeni adamı isə öz dəstələrinə buraxmaq istəmirlər. Tarix fənninin respublikada tədrisi çox pis vəziyyətdədir...

Xarici dillərə gəldikdə, onu deyim ki, 30-cu illərdə SSRİ-də hansı dili bilirdinsə, o dilin mənsub olduğu ölkənin casusu kimi həbs edilirdin. Ona görə camaatda  dil öyrənməyə nəinki sevgi vardı, əksinə, hamı bundan xoflanırdı, qorxurdu...

İndinin müəllimləri keçmişinkinə bənzəmir. İndi xarici dillər institutunu bitirənlər dərs deməyi bacarmır. Müəllim olmaq üçün böyük ürək lazımdır...  

Çar Rusiyasında çıxan qəzetlərdəki elanlar indi bizə bəzi şeyləri anladır. Bir mənzil kirayəyə veriləndə birinci növbədə müəllimlərə, yaxud hərbçilərə verilirdi. Çünki müəllimlər məmurlar arasında birinci sayılırdı. Müəllimi görəndə hörmət əlaməti olaraq papaq çıxarırdılar, qarşısında baş əyirdilər. Tacir öz qızını müəllimə verəndə özünü xoşbəxt sanırdı. Əbəs deyil, müəllimi orduya aparmırdılar. Çünki tərbiyəçini dəyişmək olmaz. Tərbiyəçini dəyişəndə xasiyyət də dəyişir. İndiki müəllimlər belə də...

İndi bizim maarifdə qadınlaşma gedir. Keçmişdə müəllim qadınlar ərə də getmirdilər, ömürlərini uşaqlara, tədris işlərinə həsr edirdilər. Axı indi nə maaş verirlər ki, müəllimlərdə bir həvəs də ola... 

Leninin atası indiki vaxta uyğun desək,  vilayət maarif müfəttişi idi. Onun həmin işdən aldığı maaşla neçə arvadı, neçə uşağı, neçə kəndləri vardı. İndiki müəllimin maaşı isə təkcə özünə belə, çatmır. Mənzil, ev şəraiti yoxdur. Müəllim  əgər kənddə yaşayrısa, onun gərək inəyi, mal-qarası olsun, yoxsa onu göndərirlər bir rayona, yaxud kəndə, özü də evsiz-eşiksiz...”

Təqdim etdi:

Sultan Laçın

P.S. “30-cu illərdə hansı dili bilirdinsə, o dilin mənsub olduğu ölkənin casusu kimi həbs edilirdin...” Deməli, Sovet- Rusiya imperiyası xarici dil öyrənənlərə bu düşüncə ilə yanaşırdı. Yəni məsələn, ingilis dilini bilən İngiltərə, yaxud ABŞ-nin, fransız dilini bilən Fransanın casusu kimi həbs edilə bilərdi. Onda  həmin məntiqlə bu gün Azərbaycanda rusdilli məktəblərdə dərs almış və almaqda olan şəxslər potensial Rusiya casusu hesab edilməlidir?..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri