Icma.az
close
up
RU
30 dan çox dərman vurulan, geni dəyişdirilən çiyələklər... Ekspertdən XƏBƏRDARLIQ

30 dan çox dərman vurulan, geni dəyişdirilən çiyələklər... Ekspertdən XƏBƏRDARLIQ

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Artıq xeyli vaxtdir ki, bazar və marketlərdə alıcılara mövsümü olmayan meyvələr, xüsusən də çiyələk təklif olunur. Bu giləmeyvəni alıb yeyən də var, almağa ehtiyat edən də. Mütəxəssislər deyir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələyin insan orqanizminə faydası çoxdur. Gün ərzində 7-8 ədəd çiyələk yemək günlük C vitamini normasını ödəyir. Amma çiyələyi yeməzdən öncə mütləq şəkildə bol su ilə yuymaq lazımdır. Həmçinin təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsüm olmasına xüsusi diqqət edilməlidir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hazırda satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilib:

“Xüsusilə, yetişdirilməsi zamanı bir çox kimyəvi maddələrdən, zərərvericilərdən qorumaq üçün istifadə olunan pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə çiyələkləri çox vaxt hamilə, süd verən qadınlar və uşaqlar istehlak edirlər. Bu da onların sağlamlığı üçün çox riskli qida hesab olunur. Vətəndaşlar alınan kimi çiyələyi yuyulmadan istehlak edirlər. Belə halda dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istehlak etmək isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər".

M.Hüseynova qeyd edib ki, mövsümdən əvvəl çiyələk yeməyi məsləhət görmür:

"Bu, hazırda mövsümü olmayan, lakin satılan digər meyvələrə də aiddir. Çiyələk alarkən daha çox təbii görünüşlü, tünd qırmızı rəngdə, yaxud bir qədər solğun, orta ölçülü çiyələkləri seçmək lazımdır. Çiyələk çox iri, parlaq qırmızıdırsa, qoxusu hiss olunmursa, hamısı eyni forma və ölçüdədirsə, bu, meyvənin süni şəkildə yetişdirildiyinin göstəricisidir. Yeməzdən əvvəl, yaxşı olar ki, çiyələklər adi suda on dəqiqə saxlanılsın. Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və az miqdarda sirkə də əlavə etmək olar. Bu, çiyələyin tərkibindəki pestisid qalığını azalda bilər. Yarpaqlarını isə yuduqdan sonra qoparmaq lazımdır. Bəzi hallarda xanımlar çiyələyin yarpağını təmizləyib, sonra yuyurlar. Bu da çiyələyin səthindəki dərman qalıqlarının yarpaq kökündən meyvənin içinə nüfuz etməsinə səbəb olur və keyfiyyətinin pozulmasına gətirib çıxarır. Mütləq yerli məhsul almaq tövsiyə olunur. Erkən satışa çıxarılıbsa, birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar istehlak etməməlidirlər. Əks halda zəhərlənmə və allergiya problemləri ortaya çıxa bilər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, hazırda satılan çiyələklər normal ölçüdən dəfələrlə böyükdür:

“Çiyələk həddən artıq böyükdürsə, onun geni dəyişdirilib. Dərmansız yetişən çiyələk o ölçüdə ola bilməz. Mən çiyələk plantasiyasında olub və onun necə yetişdirildiyini müşahidə etmişəm. Çiyələk yetişdirilməsində 30-dan çox dərmandan istifadə olunur. Lakin insanlar çiyələyi az yediyi üçün kütləvi zəhərlənmə baş vermir. Mövsümü olmayan, kimyəvi maddələrlə yetişdirilmiş meyvələrdən istifadəni məsləhət görmürəm. Əks halda zəhərlənmə ola bilər”.


Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri