Lavrovdan sərt xəbərdarlıq: “NATO bütün Avrasiyanı hərbi mühasirəyə almağa çalışır” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov çıxışında NATO-nun fəaliyyətini kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, alyansın genişlənməsi yalnız Rusiya və Çini hədəf almır, ümumilikdə Avrasiyanı hərbi mühasirəyə salmaq məqsədi güdür.
Lavrov bildirib ki, NATO artıq Avropada “sıxışıb qalıb” və indi diqqətini Asiya-Sakit okean regionuna – Sakit okeana, Cənubi Çin dənizinə və Tayvan boğazına yönəldib. Nazir vurğulayıb ki, alyans ASEAN çərçivəsində mövcud olan beynəlxalq mexanizmləri zəiflətməyə çalışır və bu, yalnız Rusiya və Çinə deyil, bölgədəki digər dövlətlərə də təhlükə yaradır.
Diplomat əlavə edib ki, NATO rəhbərliyi bu genişlənmə mərhələsini “Avro-Atlantik və Hind-Sakit okean regionunda təhlükəsizliyin bölünməzliyi” şüarı altında legitimləşdirməyə çalışır:
“Məhz bu şüar altında ittifaq bütün Avrasiyanı hərbi mühasirəyə almağa cəhd göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Sentyabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















