Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“XXI əsrin müharibəsi”nin qəhrəmanlarının xatirəsi dərin ehtiramla anılıb YENİLƏNİB

“XXI əsrin müharibəsi”nin qəhrəmanlarının xatirəsi dərin ehtiramla anılıb YENİLƏNİB

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Beş il əvvəl bu gün Azərbaycan xalqı səhəri Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum, yəni “Dəmir yumruq” əməliyyatına başlaması xəbəri ilə açdı.

Dünya hərb elmində “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsinin ilk günündən son gününə kimi cəbhədən yalnız xoş soraqlar duyuldu.

Çətin relyef şəraitinə, düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlara baxmayaraq, əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirən Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza 30 ildir gözlənilən Zəfər sevincini yaşatdı.

Bu yolda canından, qanından keçən, ölümün gözünə dik baxan qəhrəmanlarımız Azərbaycan əsgərinin, zabitinin Vətən uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya sübut etdilər.

Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insanın şəhidlərin uyuduğu müqəddəs məkanlara axını müşahidə olunub. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.

Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunub, onlara bir daha minnətdarlıq ifadə olunub.

AZƏRTAC-ın müxbirləri Hərbi Memorial Məzarlıqda şəhidlərimizin ailə üzvləri və qazilərimizlə həmsöhbət olublar.

Sənan Böyük Qələbəyə çox inanırdı...

Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev 27 sentyabrın hər kəs üçün çox önəmli günlərdən, tariximizin şanlı səhifələrindən biri olduğunu söyləyib. O, şəhid övladının Vətən müharibəsində iştirakından da bəhs edib: “Sənan həqiqi hərbi xidmət keçib müəyyən bacarıqlara yiyələndikdən sonra ərazi bütövlüyümüz uğrunda döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. O, müharibə başlayandan sonra hər saat hərbi komissarlığa zəng vurur, nə zaman döyüşə aparılacağını soruşurdu. Hətta hərbi komissarlıqdan mənə zəng edib dedilər ki, “oğlun bizi bezdirib, tez-tez yığıb məni də aparın deyir, işləməyə qoymur”. O, arzusuna çatdı, 2020-ci il oktyabrın 1-dən Füzuli istiqamətindən döyüşlərə qoşuldu. Oktyabrın 5-də elə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Sonuncu dəfə oktyabrın 4-də mənimlə danışdı. Sanki halallaşırdı. Böyük Qələbəyə çox inanırdı. Təəssüf ki, özü görə bilməsə də, döyüş yoldaşları, ordumuzun əsgər və zabitləri onun bu arzusunu reallaşdırdılar...

Oktyabrın 5-də isə son döyüşünə girən vaxt qardaşı ilə danışaraq bizi ona tapşırıb. Hərbi komissar 6 aydan sonra bizə gəldi. Dedi ki, Sənan döyüşlərə aparılan gün onlara geri qaytarılma əmri gəlmişdi. Sənan çox məyus olmuşdu. Bir neçə dəqiqədən sonra cəbhə bölgəsinə yollanacağı barədə xəbər alanda elə sevindi ki, sanki qanad açıb uçacaqdı. Sənan çox imanlı övlad idi, güllə-boran arasında namazını da axsatmadı. Son döyüşdən əvvəl də namazını qılmaq nəsib oldu. Hazırda onun uyuduğu yer bizim üçün cənnətdir”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin nəşi 2020-cil noyabrın 1-də tapılıb. Noyabrın 20-də Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər xiyabanı) dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Sənan Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

On bil il, üç vacib döyüş və tamamlanan missiya

On bir il Vətənə xidmət edən, bu illər ərzində üç vacib döyüşün - Aprel döyüşləri, Vətən müharibəsi və antiterror tədbirlərinin iştirakçısı olan kiçik çavuş Sünail Əlizadə 44 gün ərzində xalqın dəstəyini hiss etdiklərini və bundan güc aldıqlarını deyib: “Müharibə dövründə Quru Qoşunlarında xidmət edirdim. Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüşdüm. Üçtəpə deyilən ərazidən döyüşlərə başladım. Sonra Füzuli, daha sonra Cəbrayılın Cocuq Mərcanlı kəndi istiqamətindən əməliyyatları davam etdirdik. Orada düşmənin 41-ci alayını hədəf götürmüşdük. Gözümüzə heç nə görünmürdü. “Mərmini doldur-boşalt prinsipi” ilə irəliləyirdik. Yadımdadır, Qubadlıda mühasirəyə düşmüşdük, inanmırdıq ki, sağ qalaq. Çünki düşmənin tam hədəfində idik. Buna baxmayaraq, mühasirəni yarıb keçdik və Laçına giriş etdik. Laçın istiqamətində minaatan mərmisinin dalğasına düşərək yaralansam da döyüşlərdən çıxmadım. 44 günlük müharibədən sonra hospitala yerləşdirildim, ağır əməliyyatlar keçirdim. Aldığım travmaya görə iki il ehtiyatda oldum. Müalicələrdən sonra yenidən ordu sıralarına qayıtdım. Bu dəfə isə antiterror tədbirlərində Xankəndi istiqamətində döyüşdüm. 24 saat tamam olmadan biz qələbə qazandıq. 44 günlük döyüşdəki qələbəni antiterror əməliyyatındakı zəfərlə tamamladıq. Bu gün Azərbaycan xalqı öz şəhidlərini ehtiramla yad edir. Biz bu gün torpaqlarımızın bütövlüyünü, o ərazilərə qədəm qoymağımızı qəhrəman qardaşlarımıza - şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq”.

2020-ci ildə ən ağır döyüşlərimiz Füzuli istiqamətində oldu

Vətən müharibəsinin könüllü iştirakçısı, müharibə əlili Məhəmməd Cəfərzadənin sözlərinə görə, üzbəüz döyüşə cəsarət etməyən Ermənistan silahlı qüvvələri minaatan mərmiləri, minalarla hərbi qulluqçularımızın gözlərini qorxutmağa çalışsalar da, Azərbaycan Ordusunun qarşısını ala bilmədilər: “İxtisasca həkiməm, sanitar-təlimatçıyam. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonları, Xocavəndin Hadrut qəsəbəsi istiqamətində xüsusi döyüş əməliyyatlarında iştirak etdim. Yaralı tibbi təxliyə bölməsinin tərkibində idim. Bizim 2020-ci ildə ən ağır döyüşlərimiz Füzuli istiqamətində oldu. Elə özüm də həmin rayon uğrunda döyüşlərdə yaralandım. Belə ki, 5 il əvvəl oktyabrın 14-də yaxınlığıma düşən minaatan mərmisinin partlaması nəticəsində ağır zədə aldım. Gözümü açanda Füzulidə hospitalda idim. Hərdən düşünürəm ki, mənim döyüşə gedib ağır yaradan sağ qalmağım yuxuya bənzəyir. Çünki hər qarış uğrunda qızğın mübarizə gedirdi. Çox şükür ki, haqq-ədalət yerini tapdı və biz qalib gəldik. Bu yolda qəhrəman qardaşlarımız canlarını fəda etdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhları qarşısında baş əyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri