Icma.az
close
up
RU
Çiyələk yetişdirilməsində 30 a qədər dərman istifadə olunur Tanınmış ekspertdən XƏBƏRDARLIQ

Çiyələk yetişdirilməsində 30 a qədər dərman istifadə olunur Tanınmış ekspertdən XƏBƏRDARLIQ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaz gələr-gəlməz bazarların və bir çox iri marketlərin piştaxtalarında vaxtından əvvəl yetişdirilən meyvələr, giləmeyvələr yer almağa başlayıb. Daha çox gözəçarpan çiyələk həm çəkisinə, həm də qiymətinə görə diqqət çəkir.

Vaxtından əvvəl yetişdirilən meyvələr özləri ilə birlikdə hansı təhlükələri gətirirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçı üçün cəlbedici olan, çox böyük, hətta bıçaqla kəsilən, görkəmi çox yaxşı olan, parıldayan çiyələklərin yetişdirilməsində çox sayda kimyəvi dərmanlardan istifadə olunur:

"6 il öncə Cənub zonasında çiyələk plantasiyasına baxış keçirdim. Çiyələk yetişdirilməsində 30-a qədər dərman istifadə olunurdu. Sanki çiyələk plantasiyasının küncündə olan otaqda bir aptek yerləşir. Əlbəttə, bütün bu dərmanlar müəyyən oluna bilsə də, oluna bilməsə də, çiyələk vasitəsilə insan orqanizminə daxil olur. Plantasiyalarda yetişdirilən çiyələklər istər istixanada olsun, istər istixanadan sonrakı vəziyyətdə olsun, bütün hallarda dərmanlardan istifadə olunur".

Müsahibimiz bildirdi ki, ən yaxşı çiyələklər vəhşi çiyələklərdir.

"Təmiz çiyələklər bazara yayın sonlarında çıxarılır. Kiçik, yumşaq çiyələklər olur. Qida Təhlükəsizliyi Agentliyi bütün qidaları, o cümlədən çiyələklərin təhlükəsizliyini təmin etmək üçün işlər görür. Lakin bu kimyəvi maddələr çiyələklərin tərkibi ilə insan bədənində yığılıb qalırlar. Heç bir ədəbiyyatda tapa bilmərik ki, hansı kimyəvi maddə nə qədər yığıldıqda insana ziyan verər. Dövlət orqanları, AQTA müəyyən normalar müəyyən edir, məsələn, 1 milliqram. Ancaq heç bir yerdə göstərilmir ki, bu maldan nə qədər yesən, zəhərlənərsən. Əlbəttə, bütün dünyada, Azərbaycanda biznesin, lobbiçiliyin aparılması istehlakçı hüquqlarının arxa planda olmasına gətirib çıxarır. Mövsümü olmayan çiyələkləri istehlak edərkən ondan az miqdarda istehlak edin. Mövsümdə belə, yaxşı görkəmli çiyələklər dərmanla yetişdirilir. Bunlar nəzərə alınmalıdır", - deyə E.Hüseynov vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri