31 türkə Azərbaycan qadağası: bəs, azərbaycanlılara?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan dövləti haqlı olaraq qardaş Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib – həmin şəxslər iki ölkə arasında nifaq salmağa, təbii müttəfiqlik münasibətlərinə, bilərəkdən, ya bilməyərəkdən, fərqi yoxdur, zərər verməyə çalışırdılar. Bu qərar digərləri üçün də dərs olmalıdır.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
“Əminəm ki, Azərbaycan dövlətinin müvafiq orqanları bizim ölkədə də hər iki qardaş ölkənin münasibətlərinə xələl gətirən fikirlər yayanları da təsbit edib. Onlarla da bağlı müəyyən profilaktik tədbirllər görülməlidir – bəziləri mənasız və ziyanlı “ideyalar”, məsələn qardaş ölkə vətəndaşları üçün vizanın bərpası kimi absurd təkliflər irəli sürürdülər, bəziləri Türkiyədə yaşayan xalqın köklərinin, niyyətlərinin bizdən fərqli olduğunu “sübut” etməyə çalışırdılar, bəziləri Türkiyənin vacib dövlət adamları haqqında uydurma fikirlər yaymaqla məşğul idilər – bütün bunlar da yaddaşımızda qalmalıdır...” – o bildirib.
Baş Prokurorluqdan bu mövzuda suala cavab olaraq vurğulanıb ki, qeyd edilən hallarla bağlı yeni bir açıqlama hazırda yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Oktyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















