Icma.az
close
up
RU
Azərbaycan Universitetinin 31 ci “Məzun günü” keçirilib

Azərbaycan Universitetinin 31 ci “Məzun günü” keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üzrə “Məzun günü” keçirilib. Bu, universitetin 31-ci buraxılışıdır.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva çıxışında müasir çağırışlar və tələblərin təhsil sistemini dəyişdiyini qeyd edib. Bildirib ki, təhsil sahəsindəki müasir çağırışlara adekvat cavab verən Azərbaycan Universiteti tələbələrinə təkcə təhsil vermir, yalnız elmi biliklər ötürmür, onlara özünəinam, tənqidi düşüncə, dürüstlük və innovativlik aşılayır, müxtəlifliyə və yeniliyə açıq olmağı, yanlışı və doğrunu ayırd etməyi öyrədir: “Azərbaycan Universitetinin akademik heyətinə dərin minnətdarlığımı bildirirəm. Onlar bu illər ərzində sizə çox böyük müsbət keyfiyyətlər aşılayıblar. Bütün məzunları ürəkdən təbrik edirəm. Əminəm ki, burada qazandığınız biliklər həyatda layiqli yer tutmağınıza kömək edəcək. Hər birinizdən Azərbaycan Universitetinin məzunu olaraq istər ölkə daxilində, istərsə də ölkədən kənarda Vətənimizi hər zaman yüksəklərə qaldırmağınızı istəyirəm”, - deyə rektor bildirib. Səadət Əliyeva çıxışında məzunlara daim öz üzərlərində işləməyi, məqsədə çatandan sonra yeni hədəflər müəyyənləşdirməyi tövsiyə edib, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Ardınca Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavinləri Qoşqar Qarayev və Nahid Almasov, müəllimlər Hüseyn Hüseynli, Sədaqət Həsənova, Gülanə İsayeva, Yəmən Respublikasının vətəndaşı, universitetin əcnəbi məzunlarından Ahmed Anvar Hussein Al-Aşval çıxış edərək təbriklərini və xoş arzularını çatdırıblar. Çıxışlarda əminliklə ifadə olunub ki, tələbəlik dövründə əldə etdikləri bilik və bacarıqlar, mənimsədikləri dəyərlər qədəm qoyduqları yeni, müstəqil və məsuliyyətli həyat yolunda məzunlara mühüm töhfələr verəcək.

Təbrik çıxışlarının ardından fakültələr üzrə birinci, ikinci və üçüncülüklə məzun olanlara, magistratura və MBA proqramının birincilərinə, universitet birincisinə, həmçinin universitet həyatında ictimai fəallığı ilə seçilən məzunlara Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın fəxri fərmanları təqdim olunub.

Biznes və iqtisadiyyat fakültəsinin birincisi Marina Nasibova 97.7 ümumi orta müvəffəqiyyət göstəricisi ilə Azərbaycan Universitetindən birinciliklə məzun olub. Adını universitetin tarixinə yazdıran Marina Nasibova 2024/2025-ci tədris ili məzunları adından çıxış edərək ötən illərlə bağlı unudulmaz xatirələrini bölüşüb, universitet rəhbərliyinə, müəllimlərinə, ona hər zaman dəstək olan ailəsinə təşəkkür edib.

Ənənəvi “Papaqatma mərasimi”nin ardından “Alov” rəqs qrupunun solisti Eliana Pənahova “Sarı gəlin” rəqsini ifa edib. Azərbaycan Televiziyasının solisti, beynəlxalq müsabiqələr laureatı, müğənni İlkin Fuad konsert proqramı ilə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri