Icma.az
close
up
RU
32 il YAPın keçdiyi şərəfli yolun təqdimatıdır

32 il YAPın keçdiyi şərəfli yolun təqdimatıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 32 illiyini qeyd edirik. Hər bir əlamətdar tarixi gün keçilən yola qısa baxış keçirməyimizi bir zərurətə çevirir. 32 ilin Yeni Azərbaycan Partiyasının həyatında hansı əlamətdar hadisələrlə, eyni zamanda, möhtəşəm uğurlarla yadda qaldığını keçilən yola qısa nəzər salmaqla aydın görə bilərik. Təbii ki, 32 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür.

Onların ümumiləşdirilmiş ifadəsi olaraq böyük əminliklə deyə bilərik ki, YAP Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Dövlətə, xalqa xidmət görülən bütün işlərin, müəyyənləşdirilən hədəflərin əsasını təşkil edir. 32 ildə partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini qazanması, özünə inamı, etimadı artırmasıdır. Bunun da əsasında partiyanın sözlə əməl birliyi, populizmdən uzaq olması, monolitliyi dayanır. Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillərdən biri adının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun laqiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olmaqla yanaşı, hər bir uğurunda öz payı olan Yeni Azərbayan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfələr verir. YAP Proqramında əksini tapan bütün hədəflərə nail olub. Yeganə məsələ Qarabağ münaqişəsinin həlli idi ki, dörd il bundan əvvəl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi ədalət bərpa olundu. Tarixi Zəfərimiz bölgədə və dünyada reallıqlar yaratdı. Həmçinin ölkə daxilində də bu reallıqlar bütün sahələrdə islahatlara yol açdı. YAP-ın VII qurultayının keçirilməsini zəruri edən məhz Qələbəmizin yaratdığı reallıqlar, eyni zamanda, yeni dövrün bütün məsələlərini özündə ehtiva edən yeni Nizamnamə və Proqramın qəbul olunması idi. Cənab İlham Əliyev partiyanın VII qurultayında yeni Proqramın hazırlanması tapşırığını verdi. Həmin sənəd qısa müddətdə hazırlanaraq 2021-ci ilin sonunda təsdiqləndi.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya hər zaman fəaliyyətində bu prinsipləri öndə saxlayır. Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu inkaredilməzdir. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
Göründüyü kimi, Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişafa dəstək olmağa səy göstərir. “Yeni, müstəqil Azərbaycan uğrunda” devizini “Biz birlikdə güclüyük!” çağırışının əvəzləməsi YAP-ın 32 ildə keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri