Vaşinqtonda atışmanın təfərrüatları məlum olub
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən atışmanı yerli həkim Mett Lambertin törətdiyi ehtimal olunur. O, daha əvvəl yaşadığı yaşayış kompleksinin idarəetmə şirkəti ilə məhkəmə çəkişməsi aparıb.
AZXEBER.COM Associated Press agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
İstintaqın məlumatına görə, şübhəli şəxs Metropole yaşayış kompleksinin idman zalında atəş açaraq bir nəfəri öldürüb, daha dörd nəfəri yaralayıb. Yaralılardan birinin vəziyyəti kritikdir.
Hadisədən sonra şübhəli şəxs binanın yeddinci mərtəbəsindəki mənzilində barrikada qurub. Polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq danışıqlar aparmağa çalışıblar. Lakin sonradan həmin şəxs intihar edib.
Məlum olub ki, Lambert binanın fasadında aparılan təmirdən sonra mənzilində yaranan problemlərə görə yaşayış kompleksinin rəhbərliyi ilə uzun müddət münaqişə yaşayıb. O, xüsusilə yüksək rütubətdən, kifdən və kommunal sistemlərin işindəki fasilələrdən şikayət edib.
2025-ci ildə o, idarəetmə şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Hadisə baş verən zaman məhkəmə prosesi davam edirmiş.
Hüquq-mühafizə orqanları münaqişənin hücumun motivi olub-olmadığını araşdırır.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonun mərkəzində bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma barədə məlumat yayılmışdı.
Baxış sayı:151
Bu xəbər 13 Noyabr 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















