Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı danışılıb.
Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.
Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 12 Noyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















