Icma.az
close
up
RU
32 nəfəri aldadan Ülviyyə Balayeva cəza aldı: Digər şəxs öldü Cinayət baş prokurorun qəbulunda açılmışdı

32 nəfəri aldadan Ülviyyə Balayeva cəza aldı: Digər şəxs öldü Cinayət baş prokurorun qəbulunda açılmışdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış Ülviyyə Balayeva barəsində daha bir hökm çıxarılıb.

Hazırda həbsdə olan Balayevanın əməllərindən zərərçəkən daha bir neçə nəfər var. Onunla birlikdə mühakimə edilən şəxs vəfat edib.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirli bilinərək həbs edilən Ü.Balayeva həbsdə olan zaman ondan şikayətçi olan daha bir neçə nəfərin şikayəti əsasında barəsində yeni cinayət işi açılıb.

Balayeva işə adam düzəltmək, pensiya, sosial yardım, sosial evlər vədləri verərək xeyli sayda adamı aldadıb.

Onun barəsində sonuncu cinayət işi üzrə məhkəmə araşdırması Gədəbəy Rayon Məhkəməsində baş tutub.

Bu cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 32 nəfərdir. Bu dəfə də Balayevə həmin şəxslərdən FHN-ə işə düzəltmək, sosial evlə təmin etmək, pensiya və sosial yardım düzəltmək adı ilə pul alıb. Bu işdə Balayeva ilə birlikdə Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyev də məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, adı çəkilən şəxslərin cinayət əməlləri Baş prokuror tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri əsasında müəyyən edilib.

Balayeva və Əliyevin bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələri müəyən edilib.

İstintaq zamanı məlum olub ki, zərərçəkmiş şəxslərin pulları geri qaytarılmayıb.

Məhkəmə araşdırması davam edən ərəfədə təqsirləndirilən şəxslərdən İbrahim
Əliyev xəstəlikedən vəfat edib. Buna görə də onun barəsindəki icraata xitam verilib.

Ülviyyə Balayeva isə törətdiyi əməllərə görə dələduzluq ittihamı ilə cəza alıb. Onun daha əvvəlki cəzası ilə indiki əməllərinə görə kəsilən ümumi cəza 4 il 6 ay olub.

"Cebheinfo.az"
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri