33 il sonra Afrikada da keçiriləcək
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidməti yayıb.
Ruandanın paytaxtı Kiqalidən təxminən 40 km cənubda yeni yarış trası inşa ediləcək.
Yarış seriyasının mətbuat xidmətinin məlumatına görə, bu kompleks beynəlxalq yarışlara, konfranslara və əyləncə tədbirlərinə ev sahibliyi edə biləcək, ilboyu fəaliyyət göstərən bir məkan olacaq.
Ruanda Prezidenti Pol Kaqame razılaşmanı rəsmən elan edib.
“Bu razılaşma Formula 1 tarixində həlledici məqamı təşkil edir və idman növünün 1993-cü ildən bəri ilk dəfə Afrikaya qayıtmasından xəbər verir. Bugünkü elan gələcək nəsillər üçün uğurlu, dayanıqlı və dünya səviyyəli Qran-priyə ev sahibliyi etmək məqsədilə ən yaxşı tərəfdaşla zəruri təməlin yaradılmasına yönəlmiş illərlə davam edən birgə fəaliyyətin nəticəsidir”, - o bildirib.
Baxış sayı:98
Bu xəbər 13 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















