Icma.az
close
up
RU
Bakıda 33 yaşlı kişi borc üstündə tanışını bıçaqladı

Bakıda 33 yaşlı kişi borc üstündə tanışını bıçaqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Yasamal rayonunda 1992-ci il təvəllüdlü Nicat borc mübahisəsi üstündə yaranan mübahisə zamanı tanışı Zöhraba xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 26-da, gecə saat 1 radələrində Yasamal rayonu ərazində yerləşən “Şah Hüseyn” məscidinin yaxınlığındakı Qədirli küçəsi 159 ünvanında baş verib. 
Nicat orada tanışı Zöhrab ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Bu zaman Zöhrab yumruq və baş zərbəsi ilə Nicatın sifət nahiyəsindən vurub. 
Bundan sonra təqsirləndirilən şəxs hadisə zamanı yerdən tapdığı istintaqla müəyyən olunmayan kəsici-deşici alətlə Zöhraba bir dəfə xəsarət yetirib. 
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 26-da evdən çölə siqaret çəkməyə çıxıb: “Bu zaman Zöhrab məni “bir dəqiqə olar?” deyə çağırdı. Mən də onun sözü ilə biraz yuxarı qalxdım. Orada bir-iki nəfər tanımadığım şəxslərin də gəldiyini gördüm. Onlara da salam verdim. Zöhrab da daxil həmin adamlar məni vurmağa başladılar. Mən də kafelin üzərinə yıxıldım. Yerdə isə qırılmış kafel və ya şpatel olub. Həmin əşyanı götürərək sadəcə havaya əlim ilə tətbiq etdim. Bundan sonra həmin şəxslərin hamısı aralandı. Mən isə çönərək evimə tərəf qaçdım”.
Təqsirləndirilən şəxs göstərib ki, Zöhrabı uşaq vaxtından tanıyır, aralarında əvvəldən ədavət və ya mübahisə olmayıb: “Zöhrabın məni niyə vurduğunu bilməmişəm., Zöhrabdan məni niyə vurduğunu soruşdum. O, da ”oldu, daha bağışla” deyə cavab verdi. Özümü müdafiə etmək üçün yerdəki qırılmış vəziyyətdə olan şpateldən istifadə etmişəm. Ətrafdakı kənar şəxslərin məni vurub-vurmadıqlarını dəqiq bilmirəm. Bir dəfə yerə yıxılaraq durmuşam. İkinci dəfə yıxılanda isə yerdəki şpateli götürmüşəm. Yıxıldıqdan sonra duranda kimsə mənə kəllə ilə vursa da, adam çox olduğu üçün vuran adamı xatırlamamışam”. 
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkənlə arasında bəzən pul söhbəti olub: “Zərərçəkmiş şəxs arada məndən pul istəyib. Hadisə olan ərəfədə də Zöhrabın mənə borcu olub. Hadisədən təxminən 3-4 gün qabaq Zöhrabdan mənə olan 10-15 manat borcu istədim. O da pulu olanda verəcəyini dedi. Həmin gecə də ondan borcumu qaytarmağı istəmişəm”. 
Zərərçəkmiş Zöhrab ifadəsində göstərib ki, hadisədən təxminən 10 gün qabaq Nicatdan borca pul götürüb: “Nicat mənə pulu verdi, lakin vaxtı gəldikdə pulu qaytara bilmədim. Pulu aldıqda özümə söyüş qoydum ki, bu pulu müəyyən tarixdə qaytaracam. Həmin tarix gəldikdə pulu Nicata verə bilmədim. Nicat da pulu mənə verə bilmək üçün kimdənsə borc almışdı. Nicat da “bəs belə söz demişdin, sənin sözünlə mən də kiməsə söz demişəm, bu pulu qaytarmaq lazımdır” dedi. Həmin söz mənə təsir etdiyi üçün Nicata əl atdım. Nicat ifadəsində orada başqa adamların olduğunu desə də bu yalandır. Orada olan şəxslər məhəllə camaatı idi, onu vuran başqa heç kim olmayıb. Nicata sadəcə əl atmışam və 2-3 dəfə zərbə vurmuşam. Nicata kəllə vuran vaxt o, yerə yıxıldı və yerdən nəsə götürdü. Nicatın yerdən nəsə götürdüyünü görməsəm də, anidən mənə zərbə dəydiyini bildim. Məni vurduqdan sonra insanlar da araya girdiyi üçün Nicat qaçaraq getdim. Bundan sonra mən məhəllə uşağı Emingilə getdim. Əlimi-üzümü yudum, şərfimi çıxararaq yaramı bağladım. Sonra qonşum Eldənizlə əlaqəyə keçdim və ona dava etdiyimi, yaralandığımı dedim. Eldəniz gəldikdə isə taksi ilə xəstəxanaya getdik”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza alıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri