340 sərnişin silahlı şəxs səbəbindən təxliyyə edilib
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya polisi Kölndən Berlinə gedən qatarda sərnişinləri bıçaqla hədələyən şəxsi saxlayıb.
SİA-nın məlumatına görə, bu barədə Bild nəşri hüquq-mühafizə orqanlarına istinadən yazır.
Materialda göstərilir ki, Aşağı Saksoniyanın Gifhorn şəhəri yaxınlığında qatar təcili olaraq dayandırılıb.
Buna səbəb sərnişinlərdən birinin Əfqanıstan vətəndaşının içəridəki digər insanları bıçaqla hədələməsi olub. Nəticədə qatardan 340 nəfər təxliyə edilib.
Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi nəzarətə götürüb.
Məqalə müəllifləri dəqiqləşdirib ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Jurnalistlər onu da müəyyən ediblər ki, hadisədən bir qədər əvvəl saxlanılan Əfqanıstan vətəndaşı daha bir münaqişənin iştirakçısına çevrilib.
Sonuncu insident Hannover Mərkəzi Stansiyasında baş verib, burada bir nəfər velosipedini özü ilə aparmağa icazə verilmədiyi üçün başqa qatardakı işçiləri hədələyib.
Nəticədə ictimai asayişi pozan şəxsə qarşı iki cinayət işi açılıb.
...Biri - Hannoverdəki insidentdən sonra, ikincisi - Berlinə gedən qatardakı insidentdən sonra.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Mart 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















