Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti imzalanmış məqsədli proqram çərçivəsində Azərbaycan Ordusunun zirehli texnikasının təmiri üçün nəzərdə tutulan obyektlərin modernləşdirilməsi və tikintisində iştirak etməyi planlaşdırır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu federal xidmətin direktoru Dmitri Şuqayev "Zvezda" telekanalının efirində bildirib.
"Bu gün biz təkcə hazır məhsullarımızı təklif etmir, həm də hərbi-texnoloji əməkdaşlıqda iştirak edirik. Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üçün obyektlərin modernləşdirilməsini və tikintisini nəzərdə tutan bütöv bir proqram imzalanıb", - deyə o vurğulayıb.
O, "Pantsir-S1" zenit raket-top komplekslərinə də toxunaraq, bu məhsula sifarişçilər arasında yüksək tələbat olduğunu qeyd edib.
"Bu komplekslər sifarişçilərimiz arasında kifayət qədər böyük tələbat görür. Düşünürəm ki, müəyyən müddətdən sonra Azərbaycanla da razılığa gələcəyik və onlar bu kompleksləri əldə edəcəklər", - deyə Şuqayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















