Icma.az
close
up
RU
365 in ən uzun gecəsi, həm də Çilləsi gəlir...

365 in ən uzun gecəsi, həm də Çilləsi gəlir...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu, dekabrın 20-dən 21-nə keçən gecədir. Payızın üzərində hökmranlığa keçən qışın gəlişi ilə özünü göstərməsidir. Və təbiətin özü üçün qurduğu planlardan biridir. Bu plana əsasən 21 martda gün-gündüz bərabərliyi yaranır. Gecə ilə gündüz bərabərləşir, şimal yarımkürəsində yaz, cənub yarımkürəsində isə payız başlayır.

21 iyun yay gündönümü baş verir. Bu, ilin ən uzun gündüzünün və ən qısa gecəsinin baş verdiyi vaxtdır. Başqa bir adı Yaz gündönümüdür. Şimal yarımkürəsində yay başlasa da, cənub yarımkürəsində qış başlayır.

23 sentyabr gündüz bərabərliyi yaranır. Gecə ilə gündüz bərabərləşir. Şimal yarımkürəsində yay bitir, payız başlayır. Cənub yarımkürəsində yaza keçid olur.

21 dekabrda isə qış gündönümü deyilən an şimal yarımkürəsində günlər uzanmağa, cənub yarımkürəsində isə qısalmağa başlayır. Bəzi ölkələrdə bu tarix şimal yarımkürəsində qışın, cənub yarımkürəsində yazın başlanğıcı hesab olunur. Ancaq bəzi ölkələrdə yay və ya qışın ortası hesab olunur. Ən uzun gün cənub yarımkürəsində, ən uzun gecə isə şimal yarımkürəsində yaşanır.

Beləliklə, 21 dekabr gecəsi ömrümüzə qış fəslini gətirməklə, həm də gecə-gündüz bərabərliyini yaradıb, daha sonra günlərin uzanması, gecələrin qısalması ilə davam edir. Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) davam edir.

Qışın daxil olduğu gün ölkəmizdə, hətta Cənubi Azərbaycan, İran, Əfqanıstan və bir çox yerlərdə hər il dekabrın 20, ya da 21-də Çillə mərasimləri ilə qeyd olunur.

Bu mərasimdə hökmən qarpız kəsilməlidir. Buna Çillə qarpızı deyirlər. Etnoqrafların söylədiyinə görə, Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir.

Çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Naxçıvanda yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun.

Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz.

Xalq təqvimindən irəli gələn Çillə bayramında həm də nişanlı, yeni ailə quran qızlara xonçalar aparılar və həmin xonçada hökmən qarpız olar.

Beləliklə, qarşıdan gələn Çillə bayramımız mübarək olsun. Qoy qış qarı, soyuğu ilə yanaşı, həm də qarpızın içi rəngdə günəş də doğursun ki, soyuğu onun istisi ilə azacıq da olsa, dəf edə bilək. Çünki qış gəldi-gedərdir, Günəş isə daimi, həm də bütün fəsillərin gözəlliyidir..

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri