Icma.az
close
up
RU
Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Bir nənənin üç nəvəsi, Avropanın faciəsi

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

XX əsrin əvvəllərində Avropa sadəcə böyük imperiyaların toqquşduğu bir döyüş meydanına deyil, həm də eyni nəslin daxili intriqalarının səhnəsinə çevrilmişdi. Birinci Dünya Müharibəsinin alovları içində qarşı-qarşıya gələn üç qüdrətli monarx — Rusiya Çarı II Nikolay, Almaniya Kayzeri II Vilhelm və Böyük Britaniya Kralı V Corc — əslində bir-birinə birinci dərəcəli qan bağları ilə bağlı idilər.
Lakin bir zamanlar saray dəhlizlərində bərabər qaçışan, bir-birinə "Nikki", "Villi" və "Corci" deyə müraciət edən bu üç hökmdarın taleyi sonradan milyonlarla insanın qanına bais olacaq böyük fəlakətdə kəsişdi...
Bu monarxlar arasındakı qohumluq münasibətləri Avropanın nikah diplomatiyasının canlı sübutu idi:
V Corc və II Nikolay (Xalaoğulları): Onların anaları Danimarka Kralı IX Kristianın qızları idi. İki monarxın xarici görünüşü — üz cizgiləri, boy-buxunları, hətta saqqal formaları — o qədər eyni idi ki, onları görənlər əkiz qardaş hesab edirdilər.
V Corc və II Vilhelm (Dayıoğlu-bibioğlu): V Corcun atası Kral VII Eduard ilə II Vilhelmin anası Şahzadə Viktoriya əfsanəvi Britaniya Kraliçası Viktoriyanın övladları idi. Beləliklə, hər ikisi Kraliçanın doğma nəvələri idi.
II Nikolay və II Vilhelm: Nikolay və Vilhelm bir-biri ilə uzaq (üçüncü dərəcəli) əmioğlu olsalar da, Nikolayın həyat yoldaşı Çariça Aleksandra (Aliks) Kraliça Viktoriyanın nəvəsi idi. Bu səbəbdən Kayzer Vilhelm həm də Nikolayın xanımının birinci dərəcəli xalaoğlusu sayılırdı.
Səhv salınan monarxlar
Corci və Nikkinin arasındakı oxşarlıq zaman-zaman maraqlı və yumoristik hadisələrə səbəb olurdu. Uşaqlıq illərində onlar paltarlarını dəyişərək saray mühafizəçilərini və ətrafdakıları aldadır, bundan həzz alırdılar.
 

Hətta 1893-cü ildə “Bəyin oğurlanması” filmindəki toy səhnəsinin bənzəri yaşanmışdı. Ancaq o zaman İsrafili - gəlinin atasını deyil, Corcu - bəyin özünü səhv salmışdılar. Belə ki, V Corcun (o zamankı York hersoqu) toyunda saraya toplaşan zadəgan qonaqların çoxu həqiqi bəyi kənarda qoyub, Rusiya Çarı Nikolaya yaxınlaşaraq onu təbrik etmişdi. Bu gün belə onların yan-yana çəkdirdiyi tarixi fotolar sosial şəbəkələrdə insanları heyrətə gətirir və "eyni adam" təəssüratı yaradır.


Monarxlar aralarındakı rəsmi diplomatiyanı kənara qoyub ingilis dilində şəxsi məktublaşmalar aparırdılar. Məktubların sonuna çox vaxt "Sənin sadiq dostun Villi" və ya "Sənin sevgi dolu əmioğlun Nikki" imzaları atılırdı.
Lakin bu səmimi müraciətlərin arxasında dərin şəxsi gərginliklər gizlənirdi. Ailə yığıncaqlarında Kayzer II Vilhelm öz təkəbbürlü, eqoist və lovğa hərəkətləri ilə hamını bezdirirdi. V Corc və atası VII Eduard ona dərin nifrət bəsləyirdilər. Çar Nikolay isə öz şəxsi gündəliyində Vilhelmi "çoxbilmiş və bezdirici adam" kimi təsvir edirdi.
Müharibəni dayandırmaq üçün son şans
Onların nənəsi Kraliça Viktoriya sağ ikən nəvələrini tez-tez bir araya gətirər və nəvələrinin dostluğunu Avropa sülhünün əsas zəmanəti hesab edərdi. Lakin onun vəfatından sonra ailə telləri imperiyaların həris maraqları qarşısında tab gətirə bilmədi.
Birinci Dünya Müharibəsinin başlamasına cəmi bir neçə gün qalmış (29-31 iyul 1914) Villi və Nikki teleqram vasitəsilə ünsiyyət quraraq yaxınlaşan dəhşətli müharibənin qarşısını almağa çalışdılar. Hər iki monarx ordularının səfərbərliyini dayandırmaq istəsə də, artıq hərb maşını işə düşmüşdü. Generalların, hərbi elitanın və siyasi təzyiqlərin qarşısında imperatorlar aciz qaldı. Beləcə diplomatik səmimiyyət, qan bağları imperialist ambisiyalara yenildi.
Xalaoğlunun xəyanəti
Ailə bağlarının və qan qohumluğunun ən acınacaqlı, dramatik sınağı 1917-ci ildə baş verdi. Rusiyada baş verən Fevral inqilabından sonra II Nikolay taxtdan imtina etdi. Rusiya Müvəqqəti Hökuməti çar ailəsinin həyatını xilas etmək üçün onları Britaniyaya göndərmək niyyətində idi.
 

Böyük Britaniyanın Baş naziri Lloyd Corc bu sığınacağa razılıq versə də, Kral V Corc öz tacını və monarxiyasını riskə atmaqdan qorxdu. Britaniyadakı anti-monarxiya əhval-ruhiyyəsindən və anti-Rusiya dalğasından ehtiyat edən V Corc bir vaxtlar saray dəhlizlərində qaçdı-tutdu oynadığı xalası oğluna və ailəsinə sığınacaq verməkdən imtina etdi.


Bu qərar II Nikolayın, onun həyat yoldaşının və övladlarının bolşeviklər tərəfindən Yekaterinburqda güllələnməsinə səbəb oldu.
Kayzer II Vilhelm isə Birinci Dünya Müharibəsinin son günlərində taxtdan imtina etməyə məcbur oldu və ömrünün qalan hissəsini sürgündə keçirdi.
Kral V Corc əmioğlularından fərqli olaraq taxtını və tacını qoruyub saxlaya bilsə də, ömrünün son illərini ağır xəstəliklərlə keçirdi və 20 yanvar 1936-cı ildə vəfat etdi.
Murad Əhmədov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Oktyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri