37 min borcu olan 76 yaşlı kişinin Azərbaycandan çıxışına QADAĞA
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda külli miqdarda vergi borcları olan şəxsin ölkədən çıxışına qadağa qoyulub.
Lent.az xəbər verir ki, 76 yaşlı Xaqani Ağayevin dövlət büdcəsi və fondlara ümumilikdə 36906,64 manat vergi borcu yaranıb.
Müəyyən müddət keçsə də, borclar ödənilməyib.
Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcların ödənilməsi ilə bağlı Xaqani Ağayevə dəfələrlə bildirişlər göndərib. Lakin yenə də ödənişlər həyata keçilməyib.
Son olaraq idarə onun barəsində məhkəmədə iddia qaldırıb.
İddiada borclar tam ödənilənədək 76 yaşlı Xəqani Ağayevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, X.Ağayevin ölkədən çıxışına qadağa qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Noyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















