17 Noyabr: Azadlığa aparan yolun başlanğıcı
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1988-ci ilin noyabr ayında Bakının Azadlıq meydanında başlayan izdihamlı mitinqlər Azərbaycan xalqının tarixində yeni bir mərhələnin əsasını qoydu. Minlərlə insanın bir araya gəlməsi xalqımızın milli iradəsinin, azadlıq istəyinin və Vətənə bağlılığının parlaq təzahürü idi. İnsanları meydanlara gətirən əsas amal milli hüquqların müdafiəsi, torpaqlarımızın bütövlüyünün qorunması və müstəqil dövlətçilik arzusu idi.
Həmin günlərdə Azadlıq meydanında səslənən şüarlar, insanların birlik nümayişi və milli həmrəylik ruhu Azərbaycan tarixində silinməz iz buraxdı. Bu hadisələr xalqımızın milli özünüdərkinin güclənməsinə, azadlıq ideyalarının geniş yayılmasına və müstəqillik uğrunda mübarizənin yeni mərhələyə yüksəlməsinə təkan verdi.
Milli Dirçəliş Günü bizə xatırladır ki, xalqın gücü onun birliyində, qüdrəti isə milli iradəsindədir. 1988-ci ilin noyabrında nümayiş etdirilən birlik və həmrəylik sonrakı tarixi proseslərdə müstəqil Azərbaycan dövlətinin yaranmasına aparan yolda mühüm rol oynadı.
Bu gün 17 Noyabrı qeyd edərkən yalnız keçmişimizi xatırlamırıq, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk edirik. Müstəqilliyi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq hər bir vətəndaşın müqəddəs borcudur.
Xüsusilə gənc nəslin milli tariximizə, dövlətçilik ənənələrimizə və Vətən sevgisinə bağlı ruhda yetişdirilməsi böyük əhəmiyyət daşıyır. Tarixini bilən, xalqının keçdiyi mübarizə yolunu dərk edən gənclik gələcəyin güclü Azərbaycanının təməlidir.
17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və müstəqillik əzminin təcəssümüdür. Bu tarix bizə bir daha sübut edir ki, Vətən sevgisi, milli birlik və azadlıq arzusu xalqı böyük hədəflərə aparan ən güclü qüvvədir.
Milli Dirçəliş Günümüz mübarək! Qoy Azərbaycanımız daim müstəqil, suveren, qüdrətli və firavan olsun!
Zöhrə Səmədova
Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin tarix müəllimi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:17 noyabr Müstəqilliyə gedən yolun başlanğıcı Azpost MEDİA /VİDEO
17 Noyabr 2024 08:59
Azadlığa və zəfərə gedən yolun başlanğıcı
17 Yanvar 2025 16:08
Azadlıq mübarizəsinin başlanğıcı 17 noyabr Milli Dirçəliş Günü TƏHLİL
17 Noyabr 2025 15:57
Zəngilan azadlığa aparan yolun parlaq mərhələsidir
17 Oktyabr 2025 10:08
17 NOYABR: MÜSTƏQİLLİYƏ GEDƏN YOL
17 Noyabr 2025 11:47
17 noyabr iki tarixi yaşadan gün...
17 Noyabr 2024 11:05
Baxış sayı:55
Bu xəbər 16 Noyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları