Icma.az
close
up
RU
3797 cinayət, 87 milyon manat I Narkotiklərlə bağlı statistika

3797 cinayət, 87 milyon manat I Narkotiklərlə bağlı statistika

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-cü ilin yanvar-may aylarının yekununa dair məlumatında qeyd olunub.
Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanıb.
Onlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 905 kq 356,243 qramını marixuana, 188 kq 156,45 qramını heroin, 76 kq 040,847 qramını tiryək, 33 kq 150,438 qramını həşiş,21 kq 438,927 qramını digər narkotik vasitələr və 89 kq 716,795 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 8235 ədəd çətənə və 600 qr xaş-xaş bitkisi, eləcə də 32 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17 min 590 ədəd, 4 ton 094 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə xaş-xaş bitkiləri müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilmiş, onlardan 44 nəfəri xarici ölkə vətəndaşıdır.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kq 208,684 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 110 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 062 kq 775,163 qr maddə müsadirə edilib.
872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1059, qanunsuz satış ilə bağlı faktların sayı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 14, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qrup halında olan cinayətlərin sayı 16 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 892 nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı faktların sayı 15, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 485 kq 830,852 qr artıb.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 178 kq 698,445 qr (48,7%), tiryəkin çəkisi 4 kq 365,08 qr (5,4%), psixotrop maddələrin çəkisi 21 kq 432,421 qr (19,3%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kq 356,243 qr-n (89 %) marixuana təşkil etmişdir. Onun da 2 ton 643 kq 042,268 qramı (90,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 262 kq 313,975 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və 29-30 may 2025-ci il tarixlərdə isə 2397 məhkəmə hökmü üzrə 5 ton 094 kq 323,346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 30 rayon və şəhərdə 1020 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32kq 925,902 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 38352 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1981 nəfərdən 1132 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 309, QİÇS-lə Mübarizə Mərkəzində 347, Sumqayıt Narkoloji Mərkəzində 138 nəfər) 794 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin may ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 24 (4,4%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 357 vətəndaş müraciəti daxil olub ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 34-ü narkotik asılılıqdan müalicə, 285-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 72 məktub ünvanlanıb.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 İyun 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see207

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see117

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see116

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see115

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see114

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri