Icma.az
close
up
RU
Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhərinin mərkəzində tikinti şirkəti hasar çəkmək üçün səkiyə dəmir dirəklər basdırıb. Hadisə Nizami küçəsində yerləşən 11 saylı məktəbin arxasında baş verib.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, nəticədə piyadaların səkidə hərəkəti məhdudlaşıb və sakinlər avtomobil yolu ilə getməyə məcbur qalıblar.

Ərazidə əvvəllər köhnə tikililər olub. Həmin tikililər sökülsə də, onların yerində bina, yoxsa fərdi yaşayış evi inşa ediləcəyi hələlik məlum deyil.

Sakinlərin sözlərinə görə, işlər zamanı elektrik kabeli də zədələnib və yaxınlıqdakı evlər işıqsız qalıb.

"Bura səkidir. Gətirib dirəyi burada basdırıblar. Bax, indi hamı işıqsız qalıb. Kabeli partladıblar. Axı biz haradan gedib-gələk? Deyin, onda bizə təyyarə alsınlar, elə gedək", - deyə sakinlərdən biri bildirib.

Sakinlər qeyd ediblər ki, yol onların təşəbbüsü ilə salınıb, sonradan isə dövlət tərəfindən asfaltlanıb. Onların sözlərinə görə, yağışlı havalarda ərazidə yaranan sel uşaqların hərəkətini çətinləşdirir. Səkinin bağlanması isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Jurnalistlərin çəkilişindən sonra tikinti şirkətinin nümayəndələri əraziyə gələrək səkiyə basdırılmış dirəkləri çıxarmağa başlayıblar. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə məlumat verildikdən sonra qurumun nümayəndələri də əraziyə gəliblər.

Sakinlərin fikrincə, aidiyyəti qurumlar müdaxilə etməsəydi, ərazi tamamilə hasarlana bilərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Noyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri