38 vyetnamlı turist Cənubi Koreyada itkin düşdü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreyanın Jeju adasına gələn təxminən 90 nəfərlik vyetnamlı qrupdan 38-i planlaşdırılan tarixdə ölkələrinə qayıtmayıb və yoxa çıxıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətli şəxslər itkin düşən turistləri axtarır.
Jeju Turizm Təşkilatından verilən açıqlamaya görə, təxminən 90 nəfərlik Vyetnamlı turist qrupu noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən VietJet Hava Yollarına məxsus təyyarə ilə Jejuya gəlib.
Qrupdakı 38 turist noyabrın 17-də geri qayıdış reysinə az qalmış yoxa çıxsa da, digər turistlər planlaşdırıldığı kimi ölkələrinə qayıdıblar.
Səlahiyyətli şəxslər, 30 günlük vizasız səyahət icazəsi olan vyetnamlıların dekabrın 14-nə qədər adada qala biləcəyini bildirsə də, itkin düşən turistlərin tapılması üçün işlərə başlanıldığını açıqlayıb.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















