Icma.az
close
up
RU
Almaniyalı məşqçi cinsi təcavüzdə günahlandırıldı

Almaniyalı məşqçi cinsi təcavüzdə günahlandırıldı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyə yığmasının sabiq çalışdırıcısı Ştefan Kuntsla bağlı maraqlı və qalmaqallı xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, 2021-23-cü illərdə “ay-ulduzlular”ı çalışdırmış 63 yaşlı futbol adamı 2024-cü ilin mayından bəri “Hamburq”un idman direktoru vəzifəsini icra edirdi. “Dinozavrlar” həmin vaxt ikinci bundesliqada çıxış edirdilər. Kuntsun uğurlu transfer siyasəti nəticəsində komanda ötən mövsüm 7 illik həsrətə son qoyaraq, nəhayət, elitaya qayıtdı. İlk baxışdan Kunts işinin öhdəsindən çox yaxşı gəlirdi. Hətta Almaniya mətbuatında rəhbərliyin onunla müqaviləni yeniləmək istəyi barədə xəbərlər də yayılmışdı. Ancaq dekabrın son günlərində Kuntsun sürpriz şəkildə “Hamburq”dan ayrıldığı məlum oldu. Onun artıq bu klubla bütün əlaqələri kəsilib. Kunts istefasını ailəvi səbəblərlə əsaslandırmağa çalışıb. Amma reallıq başqa imiş.
Bəs səbəb nədi? Hər şey dekabrın əvvəllərində klubun xanım işçilərindən birinin idarə heyətinə şikayət ərizəsi ilə üz tutmasından sonra başladı. Həmin xanım tanınmış futbol adamını ona qarşı cinsi xarakterli ifadələr işlətməkdə günahlandırdı! Təbii ki, bu, çox ciddi bir məsələ olduğundan, idarə heyəti detalları araşdırmağa başladı. Bunun üçün müstəqil bir hüquq şirkəti ilə anlaşma əldə edildi və məsələ belə desək, həmin şirkətə tapşırıldı. Şirkət həmin xanımla görüşərək bir çox məqama aydınlıq gətirdi. Xanımın sözlərindən belə aydın oldu ki, tək o yox, klubun başqa xanım işçisi də Kuntsun sözlərindən və hərəkətlərindən ciddi əziyyət çəkirmiş.
“Bild” nəşri bugünlərdə bu qalmaqalla bağlı geniş bir xəbər paylaşıb. Hər iki xanım bildirib ki, futbol adamı həm mesajlarla, həm də üzbəüz olarkən müxtəlif sözlər işlətməklə onlara cinsi əlaqədə olmağı təklif edibmiş!
Araşdırmanın gedişində adı ictimaiyyətə açıqlanmayan daha üç xanımın Kuntsdan eyni olaylara görə şikayətçi olduğu üzə çıxıb. Müstəqil şirkətin araşdırmasından sonra Kuntsun bu xanımlara qarşı etdiyi bütün hərəkətlər üzə çıxıb. Bu üzdən “Hamburq” rəhbərliyi onunla işbirliyinə son qoymaq qərarına gəlib. 1995/96-da futbolçu kimi “Beşiktaş”da top qovmuş Ştefan Sabin adlı xanımla ailəlidi və onların iki övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Yanvar 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri