Icma.az
close
up
RU
“Hər şey yox olacaq, tezliklə dünyanın sonuna hazırlaşmalıyıq“ Aleksandr Duqin

“Hər şey yox olacaq, tezliklə dünyanın sonuna hazırlaşmalıyıq“ Aleksandr Duqin

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dini qorxu dili ilə danışan ideoloq müharibəni "əbədiyyət" çağırışı ilə əsaslandırmağa çalışır..."

"Rus dünyası" ideologiyasının əsas simalarından olan rusiyalı filosof Aleksandr Duqin dünyada və Ukraynadakı müharibə fonunda yaxın "dünyanın sonu" barədə açıqlamalar verib.

Moderator.az xəbər verir ki, bu barədə "holod.media" nəşri yazıb.

"Putinin beyni" adlandırılan filosof rusiyalılara müraciət edərək bildirib ki, indiki şəraitdə gecikmədən vəftiz olunmaq və kilsə həyatına qoşulmaq lazımdır. Duqinin sözlərinə görə, "tezliklə əbədiyyət başlaya bilər və o zaman artıq gec olacaq".

Filosof iddia edir ki, bir vaxt gələcək "seçim azadlığı anı" yox olacaq: "Bu azadlıq anı bizimlə çox qısa müddətlikdir. Hər şey yox olacaq, qalanlar isə əbədiyyətin nüvəsinə çatan müqəddəs vəftiz qərarı və kilsə ayinləri olacaq".

Müharibə, "Oreşnik" və qorxu ritorikası

Duqin bu çağırışları Ukraynaya qarşı müharibənin dördüncü ilində və "Oreşnik" sistemi ilə yeni zərbələr fonunda səsləndirib. Onun fikrincə, Rusiyaya qarşı "stavkalar" kəskin şəkildə yüksəlib və bu, "daha qorxunc və fəlakətli addımlar" ehtimalını artırır.

Filosof yazır ki, "indiki məqamda düzgün qərar vermək" lazımdır və bunu "təxirə salmadan" etmək gərəkdir. O, xilasın yalnız "Xilaskara imanla" mümkün olduğunu iddia edərək bildirir ki, "bizi Ondan başqa heç kim xilas etməyəcək". Bu ritorika bir çox müşahidəçilər tərəfindən dini motivli psixoloji təzyiq və qorxu dili kimi qiymətləndirilir.

İdeologiya, təsir və sanksiyalar

Uzun müddətdir ki, Duqin təkcə filosof yox, həm də dövlət ideologiyasının formalaşmasında təsirli fiqur sayılır. Onun baxışları Rusiya ali təhsil sisteminə də daxil edilib, bəzi universitetlərdə kurs və mühazirələr əsasında tədris olunur. Bu mühazirələrdə "şeytani Qərb", ABŞ və Avropaya qarşı mübarizə konsepsiyası təbliğ edilir.

Duqinin əsas ideyalarından biri müstəqil Ukraynanın Rusiyaya "ekzistensial təhlükə" yaratdığı iddiasıdır - məhz bu tezis "rus dünyası" konsepsiyasının ideoloji bünövrəsinə çevrilib. Filosof açıq şəkildə Ukraynanın cənub-şərqinə və Krıma Moskvanın faktiki nəzarətini müdafiə edib, müharibədə hər-hansı kompromislərə qarşı çıxış edib.

Bu fəaliyyətlərinə görə Duqin ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahılarına salınıb. Onu Rusiyanın Ukraynaya qarşı təcavüzünü ideoloji cəhətdən əsaslandıran əsas fiqurlardan biri hesab edirlər.

Beləliklə, müharibə uzandıqca və "Oreşnik"lər danışdıqca, ideoloqun dilində siyasət teologiyaya, məsuliyyət isə bu dünyada verilən qərarların cavabını o dünyaya havalə etməyin ən rahat yolu kimi "əbədiyyət"ə ötürülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri