397 minlik dələduzluq edən şəxsdən xəbər var
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Kamal Məmmədov

Bakıda 900 minlik mənimsəmədə ittiham olunan şəxsdən xəbər var
17 Dekabr 2024 09:55
MİDAnın mənzillərinin satışı zamanı müdaxilələr edən şəxsdən xəbər var
17 Dekabr 2024 09:58
Toyda qanlı cinayət törədən şəxsdən xəbər var
14 Aprel 2025 10:23
Bakıda 20 gündür itkin düşmüş şəxsdən xəbər var
07 Dekabr 2024 13:06
Keçmiş arvadını gözəllik salonunda öldürən şəxsdən xəbər var
28 Noyabr 2024 10:15

