Bakıda 397 minlik dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət və protest təmin edilməyib.
Kamal Məmmədov

Bakıda 170 minlik “İphone” “atan” şəxs yenidən məhkəmə qarşısında
21 Noyabr 2024 08:55
397 minlik dələduzluq edən şəxsdən xəbər var
14 Noyabr 2024 08:58
Bakıda 7 nəfərə qarşı dələduzluq edənlər yenidən məhkəmə qarşısında
04 Dekabr 2024 09:36
Bakıda 170 minlik iPhone atan şəxs yenidən hakim qarşısında
21 Noyabr 2024 09:33

