Icma.az
close
up
RU
Soydaşımız Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib

Soydaşımız Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva, 3 iyun, AZƏRTAC

Soydaşımız, onkohematologiya sahəsində görkəmli mütəxəssis Pərvin Zeynalova Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Hazırda 165 alim REA-nın müxbir üzvüdür və onların arasında P.Zeynalova da daxil olmaqla 27 qadın var.

Doktor Zeynalova AZƏRTAC-ın müxbirinə müsahibəsində tibb sahəsində, elmdə və həyatda keçdiyi yoldan danışıb: “1974-cü ildə Bakıda anadan olmuşam. 1997-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirmişəm. Bundan sonra tale məni Moskva ilə bağladı. Elə həmin il Rusiya Elmlər Akademiyasının N.N.Bloxin adına Rusiya Xərçəng Elmi-Tədqiqat Mərkəzinin Hemoblastozların kimyaterapiyası şöbəsində aspiranturaya daxil oldum. Karyeramın təxminən iyirmi ilini burada keçirdim”.

Alim daha sonra vurğulayıb: “Bu müddət ərzində namizədlik və doktorluq dissertasiyalarımı müdafiə etdim. 2016-cı ildə Hematologiya və sümük iliyinin transplantasiyası kafedrasına rəhbərlik mənə həvalə olunub. Həmin vaxt bu kafedra iki əsas bölməni birləşdirirdi: hemoblastozların kimyaterapiyası və intensiv terapiya. Bu, mənim fəaliyyətimin çox mühüm və məsuliyyətli mərhələsi idi”.

Doktor Zeynalova 2020-ci ildən fəaliyyətini “Ana və uşaq” şirkətlər qrupunun “Lapino 2” Onkologiya Mərkəzində davam etdirir. O, burada Onkohematologiya kafedrasına rəhbərlik edir, eyni zamanda, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Onkologiya kafedrasının professoru və Moskva Dövlət Tibb Universitetinin “Onkohematologiya” praktiki jurnalının redaktorudur.

Həmyerlimiz əlavə edib: “Göstərilən etimada görə Rusiya Elmlər Akademiyasına ürəkdən minnətdaram. Bu, təkcə mənim şəxsi işimə deyil, həm də bütün komandamızın fərdiləşdirilmiş onkohematologiyanın inkişafına ümumi töhfəsinə verilən yüksək qiymətdir. Eyni zamanda, bu, mənim üçün təkcə yüksək şərəf deyil, həm də elm, xəstələr və gələcək həkim nəsilləri qarşısında böyük məsuliyyətdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri