Icma.az
close
up
RU
4 cü sıradakı “Zaqatala” sonuncu pillədən cəmi 6 xal öndədi...

4 cü sıradakı “Zaqatala” sonuncu pillədən cəmi 6 xal öndədi...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 23-cü turu da geridə qoyduq.

Mösvümün sonuna az qaldığından bu matçlarda da həddən artıq gərginlik müşahidə edildi ki, bunu sürpriz saymaq yersiz olar. Əvəvlcədən bildirək ki, onsuz da böyük ölçüdə qətiləşən məsələlərə məhz bu turda aydınlıq gəldi – “Qəbələ”, nəhayət, çempion oldusa, “İmişli və “Karvan” da premyer-liqaya vəsiqə qazandı! İndi isə bir qədər ətraflı...
Autsayderlərin duelində maraqlı nəticə qeydə alındı. Bəli-bəli, söhbət “Qaradağ Lökbatan”ın “Difai”ni qəbul etdiyi matçdan gedir. Belə ki, qonaqlar fasiləyə öndə yollansalar da, özünü itirməyən və qəsa vaxtda toparlanan meydan sahibləri ardıcıl üç qolla qələbə qazandılar. Nəticədə sonuncu pillədən xilas olmaq istiqamətində inamlı addım atan lökbatanlılar üzərində olan psixoloji təzyiqi müəyyən qədər azaltdı. Öz aramızdı, Fərid Məmmədovun komandası 7 oyundu uduzmur. Belədə Ağsu təmsilçisi üçün həyəcan siqnalının çalındığını deyə bilərik.
Növbəti matçda “Baku Sportinq”i sınağa çəkən “Mingəçevir 4:0 (!) hesablı qələbə qazandı. Hər hissədə iki qol vuran komanda bununla təhlükəli zonadan bir qədər uzaqlaşsa da, arxayınlaşmaq olmaz. Turnir cədvəlində elə durum formalaşıb ki, nəinki 9-cu və 10-cu, 4-cü pillədə qərarlaşan “Zaqatala” belə 2-ci liqaya yuvarlansa, təəccüblənməyəcəyik. Deməli, elə Elman Sultanovun ağır məğlubiyyət üzündən yuxarı pillələrə yüksəlmək şansını puç edən komandası da narahat olmalıdı.
“Karvan” – “Cəbrayıl” qarşılaşmasında yevlaxlılar qalib gəldi. Gözlənilən idi. Qarabağ təmsilçisi hələ uğurlu mövsüm keçirən və sabit nəticələr qazanan rəqiblə dişə-diş mübarizə aparmaq iqtidarında deyil. Hər halda, “Karvan”ın vacib qələbə qazanmaqla premyer-liqanın qapısından daxil olması hadisələrin məntiqi ardıcıllığına uyğundu. Əlbəttə, məhz bu məqamı “İmişli”yə də aid etməliyik. “Zaqatala”nın meydanından üzüağ ayrılan bölgə təmsilçisini də növbəti mövsüm premyer-liqada görəcəyik. Bu o deməkdi ki, ilk “üçlük” uğrunda mübarizə aparan qalan komandaların ən iddialısı olan “Zaqatala” da hədəfinə çatmaq üçün azı 2025/26 “futbol ili”nin sonunu gözləməlidi.
Gələk əsas məsələyə. Bəli, MOİK-i qəbul edən “Qəbələ” çempion oldu. Lakin bunu çətinliklə bacardı. “Hərbçilər” liderin meydanında elə əzmkar oyun göstərdi ki, “qırmızı-qaralar” məqsədinə 90+7-ci dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirməklə çata bildi. Birinci liqada yuxarı pillələrlə bağlı intriqa bitdi. O başqa məsələ ki, həm “Karvan”, həm də “İmişli” mövsümü 2-ci yerdə bitirmək istəyir.
1. Qəbələ 23 18 4 1 46-5 58
2. İmişli 23 13 5 5 37-18 44
3. Karvan 23 12 7 4 48-30 43
4. Zaqatala 23 6 10 7 31-29 28
5. MOİK 23 7 5 11 27-39 26
6. Baku Sportinq 23 7 5 11 19-39 26
7. Mingəçevir 23 6 7 10 21-33 25
8. Cəbrayıl 23 6 4 13 21-29 22
9. Difai 23 6 4 13 31-45 22
10. Qaradağ Lökbatan 23 5 7 11 24-38 22
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 13, Domi Massumo (Qəbələ) – 12.
Növbəti turun oyunları mayın 1-2-də keçiriləcək: Cəbrayıl – Baku Sportinq, Difai – Mingəçevir, İmişli – Qaradağ Lökbatan, Zaqatala – MOİK, Karvan – Qəbələ.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri