4 ev yandı FOTOLAR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göygöldə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az-ın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, bir-birinə bitişik almanlar tərəfindən inşa edilən 4 evdə qəfl yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı 4 nəfərə məxsus ümumi sahəsi 500 kvadratmetrə yaxın olan 4 bitişik evlərin 350 kvadratmetri yanıb. Qısa müddət ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hadisə ilə bağlı araşdırma aparılır./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Aprel 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















