Icma.az
close
up
RU
ABŞ kəşfiyyat rəisi kompüter şəbəkəsindəki nasazlıqları təsadüf adlandırıb

ABŞ kəşfiyyat rəisi kompüter şəbəkəsindəki nasazlıqları təsadüf adlandırıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 noyabr, AZƏRTAC

ABŞ-nin özəl və dövlət sektorlarında son zamanlar baş verən kompüter sistemlərində böyük fasilələr təsadüfdür.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton bildirib.

Nümayəndələr Palatasının Vətən Təhlükəsizliyi Komitəsinin dinləməsində çıxış edən Kleyton diqqətə çatdırıb ki, bu, faktlara əsaslanır. Həmçinin qeyd edib ki, həm dövlət, həm də özəl sektorlarda kompüter şəbəkələri üçün proqram təminatı və aparat təminatı yeniləmələrinin sayında əhəmiyyətli artım müşahidə olunub.

Kleytonun sözlərinə görə, bunun koordinasiyalı kiberhücum və ya hər hansı məqsədli fəaliyyət olduğuna dair heç bir dəlil yoxdur. Əlavə edib ki, pozuntuların müxtəlif səbəbləri var.

Öz növbəsində, ABŞ-nin daxili təhlükəsizlik katibi Markueyn Mallin hakerlərin sistemdəki pozuntularla əlaqəsi olmadığına əminliyini ifadə edib. “Bunu açıq şəkildə deyirəm, 98 faiz əminəm ki, bu, haker fəaliyyəti və ya düşmənlərimizin sistemlərimizi hədəf alması ilə əlaqəli deyil”, - deyə o bildirib.

Qeyd edək ki, ötən həftə texniki problemlərə görə ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə çatışmazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox təxirə salıb. Bundan əlavə, texnologiya nəhəngi “Microsoft”, ən böyük aviaşirkətlərdən biri olan “United Airlines” və “JPMorgan Chase” bankında ciddi fasilələr qeydə alınıb. Çərşənbə axşamı günü elektron kəşfiyyata cavabdeh olan ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsinin sıradan çıxdığı bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri