Icma.az
close
up
RU
4 qulaqlı pişik görənləri MAT QOYDU FOTOlar

4 qulaqlı pişik görənləri MAT QOYDU FOTOlar

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin Ankara şəhərində genetik mutasiya nəticəsində 4 qulağı olan Midas adlı pişik sosial mediada viral olub.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, heyvanın sahibi belə bir pişiyin Türkiyədə heç vaxt görünmədiyini və 1800-cü ildən bəri dünyada yalnız 3 və ya 4 belə pişiyin olduğunu söyləyib.

Ankarada genetik mutasiya nəticəsində 4 qulağı olan Midas adlı pişik sosial mediada diqqət mərkəzinə düşüb.

Midas və Gece adlı iki pişiyin sahibi olan Canis Döşemeci pişiyi Midas genetik mutasiya nəticəsində 4 qulağa və bədənində ürək formasında ağ tüklərə sahib olması ilə sosial mediada maraq doğurub.

"ÇOX SAĞLAMDIR"

Nadir hallarda rast gəlinən 4 qulaqlı pişiyinin sağlam olduğunu qeyd edən Döşemeci "Bu günə qədər Türkiyədə heç vaxt görünməyib, dünyada isə 1800-cü ildən bəri yalnız 3 və ya 4 belə pişik olub. Bu da Midası məşhur edir. Eşitməsində heç bir problem yoxdur. Normal sağlam pişiklər qədər yaxşı eşidir. Aşağı çənəsi doğuşdan bir az geri və kiçikdir. Ona görə də dili çöldə qalır, amma bu, yeməsi ilə bağlı heç bir problem yaratmır. Çox sağlam bir pişikdir. Bizim kimi, sadəcə 2 qulaq kanalı var, amma 4 qulaq qabığı var" deyib.

"GÖRDÜKDƏ TƏƏCCÜBLƏNDİK"

Midası dostlarının həyətində tapdıqlarını və 4 qulağı olduğu üçün çox təəccübləndiklərini qeyd edən Döşemeci Midasın sevimli və oyunsevər bir pişik olduğunu bildirib: "Evə gələn qonaqlardan qaçmır. Tam əksinə, onları tanımağa çalışır, əlaqə qurmağa çalışır. Əksərən axşamlar qucağımızda oturmağı sevir, gündüzlər isə yatmağa üstünlük verir. Gece ilə çox yaxşı anlaşır, daima oyun oynayırlar".

Midası qucaqlarına aldıqlarında çox təəccübləndiklərini bildirən Döşemeci "Midasın başqa sağlamlıq problemi yoxdur. Hətta doğuşdan quyruğu da üç yerindən qırıqdır, normal pişiklərə nisbətən kiçikdir və bucaq şəklindədir. Təhlükə ola biləcəyini düşündük, bir yerdən tullandıqda balansını itirərmi deyə qorxurduq, amma heç bir problem olmadı, çox sağlamdır. Həmçinin sinəsində ağ bir ürək işarəsi var. Qulaqları çox diqqət çəkir, dili çöldə çox şirin görünür. Bir də sinəsindəki ürək o qədər sevimlidir ki, sırt üstə yatanda tam bir ürək şəkli alır. Fotoşəkillərini çəkirik və çox bəyənilir" deyib..

"GÖRƏN YANIMIZA GƏLİR"

Canis Döşemeci pişiyi Midasın insanların diqqətini cəlb etdiyini qeyd edərək, "İndiyə qədər pis reaksiyalarla qarşılaşmadıq. Onun gözəl bir çantası var. Arada bir onunla gəzirik. Tasma ilə gəzməyimiz mümkün olmur, çünki başqa pişiklər və ya itlər hücum edə bilər və ya Midas qaça bilər. Amma bir yerə gedib oturduqda çay içərkən hamı gəlir, böyük maraqla yanaşır" dedi.

"MİDASI GÖRÜNCE TƏƏCCÜB YAŞADIM"

Midası sosial media hesabından görən Mısra Saygın "Az əvvəl gördüm, çox gülməli idi. Dostum şəkillərini göstərdi, təəccübləndim. Sağlam olub-olmadığını düşündüm, sonra internetdə sağlam olduğunu gördüm. Çox şirin görünür" deyə qeyd edib.

"BU MƏNİM İKİNCİ GÖRDÜYÜM OLAYDIR"

35 illik baytarlıq təcrübəsi olan Mert Dağlıkoç isə "İllərdir bu işi görürəm. Bu, mənim ikinci belə vəziyyətimdir. Həmin eyni şəkildə idi, bunlar artıq anomaliyalardır. Yalnız qulaq qabığı var, içində qulaq kanalı var, amma qulaqlar normal deyil" deyib.

Hüseyn 
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri