Lavrov: Putinlə Trampın danışığı çoxunu mat qoydu
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş verən son telefon danışığından bəhs edərkən bunu "iki tərbiyəli və nəzakətli insanın söhbəti" adlandırıb.
Sfera.az xatırladır ki, sözügedən dialoq fevralın 12-də baş tutub. Kreml aydınlaşdırıb ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi, eləcə də Ukrayna münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər. Ağ Evin yeni rəhbəri də öz növbəsində söhbətin “yaxşı olduğunu” qeyd edib.
“Qərbdə Avropa İttifaqının liderləri də daxil, çoxu yaxşı tərbiyəli, nəzakətli insan arasında normal, elementar söhbət gedəndə mat qaldı”, - Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Putin və Tramp çoxlu sayda fikir ayrılıqlarını bir kənara qoymayıblar, amma başa düşürlər ki, siyasətin mahiyyəti dialoq və ümumi dil axtarışıdır.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















